Oynaqları ağrıdan birdəfəlik xilas edən təbii vasitə — İnanılmaz nəticə
Səbəblərindən asılı olmayaraq, oynaqları ağrıyan əksər insan ağrını yüngülləşdirmək üçün dərhal dərmanlara əl atır. Bu həblər kömək etsə də, orqanizmə əhəmiyyətli dərəcədə təsir göstərir.
Sarıkök oynaqlarda ağrını azaldan effektli vasitədir.
İnqrediyentlər:
2 xörək qaşığı sarıkök
1 xörək qaşığı hindqozu yağı
1 çay qaşığı bal
5 xörək qaşığı qaynamış su
Hazırlanması:
Bütün inqrediyentləri bir qaba töküb həmcins konsistensiya halını alana qədər qarışdırın.
Tətbiqi:
Qarışığı zədələnmiş hissəyə birbaşa çəkin və diarəvi hərəkətlərlə nəvazişlə masaj edin. 10 dəqiqədən sonra isti su ilə yuyun.
Hələ qədim zamanlardan sarıkökdən xüsusilə də Asiya ölkələrində iltihab və oynaq ağrılarını yüngülləşdirmək üçün istifadə ediblər.
Sarıkök təbii yolla böyrəküstü vəzilərdə kortizon istehsalını stimullaşdırır, oynaqlarda ağrını və iltihabı tez aradan qaldırır.
Müxtəlif tədqiqatlar sübut edib ki, bu ədviyyatda olan maddələr iltihab və oynaq ağrılarına qarşı çox təsirlidir.
Sarıkök immuniteti qaldıran antioksidant xüsusiyyətlərə malikdir və orqanizmə ciddi ziyan vura biləcək zərərli elementlər çıxarmağa kömək edir.
Nəzərə almalısınız ki, bu vəsaitin tətbiqindən başqa, qidalanmaya nəzarət və fiziki hərəkətlər etmək, həmçinin, çoxlu su içmək zəruridir. (publika.az)