Bürclər – 30 mart
Qoç – hadisələrdə proqnozlaşdırılmayan fərqlər və yeniliklər, qəfil xəbərlər, maraqların yeni nəsnəyə cəlb ediləcəyi gündür.
Səfərlər və aviauçuşlar məsləhət deyil.
Uzaq qohumlar və tanışlarla təmaslar qıcıq, sinir, stress yarada bilər.
İntellektual fəaliyyət, çətin məsələlərə həll axtarışı ilə məşğul olun. Amma risk etməyin. Riskli istənilən məşğuliyyət ciddi problemlər yarada bilər.
Hiyləgərlik etməyin, başqalarının işlərinə qarışmayın.
Sevdiyiniz işlə məşğul olun, problemlərin sizi çulğamasına imkan verməyin.
Buğa – qarğaşalı, tələsik, qarışıq, “qəza”lı və qadalı gündür. Hərəkətlərinizi məhdudlaşdırın, insanların gur olduğu yerlərdə olmamağa çalışın.
Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq.
Karmik düyünlər yaranacaq, önəmli münasibətlərdə sizə indiyədək qaranlıq qalan məqamlar aşkarlanacaq.
Qərar qəbul etməkdə gecikməyin, amma tərəfdaşlarınızın və ailə üzvlərinizin reaksiyalarına diqqət yetirin. İmpulsiv hərəkətlər etməyin.
Yeni iş və maraq istisna deyil. Səfərdə ehtiyatlı olun. Evdəki bütün təmir işlərini təxirə salın. Elektrik işləri görməyin.
Əkizlər – gələcəklə bağlı perspektiv planlar və məqsədlərin müəyyənləşdirilməsi sərt rəqabətdə, mübarizədə keçə bilər. Hissiyatınızın sizə deiklərinə diqqət verin, az sonra hərəkət istiqamətinizi dəyişə biləcək hadisələrin məcrasını müəyyənləşdirin.
Tərəfdaşlarınız arasında dəyişiklik ola bilər. İşgüzar həyatda və şəxsi münasibətlərinizdə yenilik olacaq.
Uğurlarınız, imic və işləriniz qəfil situasiyalar və yeniliklər sınağından keçir. Həyatınıza daxil olan subyektin qarşısını almayın. Bu proses stress yaratsa da, qətiyyətli olun.
Nəyisə “ölü nöqtə”dən tərpətməyə çalışın, perspektivlərinizi müəyyənləşdirin.
Xərçəng – tərəfdaşlarınızla iradları minimuma endirin. Əməkdaşlığına əhəmiyyət verdiyiniz insanla münasibətləri korlamayın. İş zamanı qəflətən yaranan problemlərin həllini gecikdirməyin, radikal addımlar atın.
Bu gün nəyinsə dağılması, bir kənara atılması mümkündür. Fəqət öz təşəbbüsünüzlə nə işlərinizdə, nə münasibətlərinizdə eksperimentlərlə məşğul olmayın.
Təhlükəsizliyinizin təminatına çalışın. Axşam saatlarında adamların az olduğu yerlərdə dolaşmayın, başqalarına təzyiq və təsir göstərməyin. İşlərin adi, rutin məcrasına ciddi dəyişikliklər etməyin.
Emosiyalarınıza hakim olun.
Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın, sevdiyiniz insanların kiçik səhvlərini bağışlayın.
Şir – aktivliyi azaldın, sürəti aşağı salın və plan üzrə hərəkət edin. Uran fəal olduğundan sayıq davranın, informasiya və texnika ilə ayıq, ehtiyatlı davranın.
İş yerində münaqişələr mümkündür. Belə qarşıdurmaları “beşik”də boğun.
Ambisioz insanın hücumu ilə qarşılaşanda dərhal cavab verməyə tələsməyin. Situasiyanın tam bəlli olmasını gözləyin.
Günün ikinci yarısında aktiv və təşəbbüskar olun. Qərar, tələb, açıqlama ilə ətrafınızdakı insanlara təsir edin.
Batininizdəki ilk impulsu boğsanız, böyük üstünlük əldə edəcək və enerji axınını konstruktiv məcraya yönəldəcəksiniz.
Qız – bu gün planlaşdırılmamış xərclər və həmin səbəbdən ailə üzvləri, ya da iş yoldaşları ilə mübahisələr yarana bilər. Bu gün istənilən məsələdə təkidli və inadkar olaraq öz fikrinizi yeritməyə çalışmayın. Belə davranış sizə qarşı işləyə bilər.
Problemlərə reaksiyasını emosional olmayan səviyyəyə keçirin.
İşgüzarlıq və aktivliyi yüksək səviyyədə saxlayın, amma özünüzü çox yormayın. Səhhətlə bağlı problemlər yarana bilər.
Qayğı və ya yardım təklifi alanda inad etməyin.
Əlavə iş götürməyin, amma işinizin zəif bəndlərini nəzarətdə saxlayın.
Evdə istənilən formada təmiri təxirə salın.
Tərəzi – işgüzar münasibətlərdə və tərəfdaşlıqda çevriliş baş verə bilər. Yeniliklərin miqyası əvvəllər yaranmış şəraitindən və formalaşmış şərtlərdən asılıdır.
Yeni təkliflər səslənərsə, düşünmək və perspektivləri dəyərləndirmək üçün tələsməyin.
Şəxsi həyatda inadkarlıq etsəniz, münasibətlərdə sərinləşmə ola bilər.
Çətin məsələlərin həlli üçün əlverişli vaxtdır.
İzafi təşəbbüslərlə çıxış etməyin, cari işlərlə sakit məşğul olun.
Səfərlər məsləhət deyil
Bu günün ideyaları maraqlı təsir bağışlaya bilər. Onları reallaşdırmağa tələsməyin.
Əqrəb – bu gün dahi təklifləriniz çətin ki, dəyərləndirilsin. Çətin gündür. Məşğul olduğunuz məsələlərdə çətinliyin yaranması və ya təhrif edilmiş məlumatın alınması istisna deyil.
Ailə üzvləri və ya yaxınlarınızın sizə əlavə qayğılar bəxş etməsi, yaxud da sizi anlamamaları ilə bağlı hissləriniz mübahisəyə, ya da münaqişəyə səbəb ola bilər.
Fiziki iş emosiyalarınızı qaydaya salacaq. Səfər və gəzintidən imtina edin.
Görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Təmaslarda məsafə saxlayın.
Ailə üzvləri ilə münasibətləri aydınlaşdırmağa can atmayın.
Oxatan – aktiv enerji və ya qəfil situasiyalar günüdür. Avantürizmi nəzarətdə saxlayın, ekstrimə yol verməyin, təmiri təxirə salın.
Sizi narahat edəcək, heyrətləndirəcək, fəaliyyət planı və ya kiminləsə bağlı fikirlərinizdə dəyişikliklərə səbəb ola biləcək xəbər ala bilərsiniz.
Dəyər verdiyiniz insanla münasibətləri qoruyun. Münaqişə yaranarsa, tez barışmağa çalışın.
Daha çox ev işi görün, valideynlərə baş çəkin, soyuducunu doldurun.
Elektron əşyalarla eksperiment aparmayın, kompüter və smartfonu qoruyun.
Aviauçuşlar məsləhət deyil.
Oğlaq – kursu dəyişmək vaxtıdır.
Gün gözlənilməyən hadisə bəxş edə bilər. Təşəbbüsü unudun, adi və rutin işlərlə məşğul olun.
Əhəmiyyətli heç nə baş verməsə də, yeni təmayüllər və ideyalardan xəbərdar olun. İstəklərinizi müəyyənləşdirin.
Risk etməyin, səfər və təmiri təxirə salın, amma yeni təəssüratlardan da qaçmayın.
Bu günün ideyaları maraqlı olsa da, onları reallaşdırmağa tələsməyin.
Dolça – Uran və Günəş çoxdan bəri yığılıb qalmış məqamları hərəkətə gətirəcəklər. Hisslər və emosiyalar dayanıqlı deyil. Kənar təsir planlarınızı dəyişəcək.
Qəfil addım, yaxın adamla mühüm söhbət, etiraf istisna deyil.
Yaxın ətrafınızdakı insanların qayğısına qalın. Çox işləməyin, yorğun düşməyin, ikinci dərəcəli işləri təxirə salın.
Qəfil hadisələr və emosiyalar partlayışları gərginliyin kritik həddə çatdığını göstərir.
Aktivliyi azaldın, təhlükəli dövrün keçməsini gözləyin.
Balıqlar – yeni işlər, planlar və layihələr, fəallığın izharı, danışıqlar və sövdələşmələr üçün əlverişli gün deyil.
İntriqalar, heç xoş olmayan təfərrüatlar üzə çıxacaq.
Cari işlərə diqqəti artırın, səhvlərə yol verməyin.
Pul və maliyyə məsələlərində diqqətli olun.
Emosional vəziyyətiniz yaxın ətrafınızdakı insanlara da təsir edəcək. Bu gün aradan qaldırıla biləcək səhvlərin çözümünü sonraya saxlamayın.
Axşam saatlarında ətrafınızdakı insanlara münasibətləri müzakirə etmək əvəzinə evdə qayda yaradın. (milli.az)