Bürclər – 19 aprel
Qoç – səfər, səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət çevrəsini genişləndirə bilərsiniz. Təmaslarda səmimilik, nikbinlik qarşı tərəfin rəğbətini qazanmağa yardım edəcək.
Maliyyə problemlərini həll edərkən sayıq olun, aldanmayın.
Şəxsi münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz vəziyyət yarana bilər. Münaqişə və ya qarşıdurma riski var.
Daha fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək uman insanları incitməyin.
Axşam saatlarında istirahət edin.
Buğa – nüfuzlu insanlardan biri ilə təmasları aktivləşdirmək və gördüyünüz işə diqqəti cəlb etmək üçün əlverişli vaxtdır. Dəvət aldığınız tədbirlərə qatılın.
Bacarıq, bilik və imkanlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında bir qədər fəal olun.
Şansınızı qaçırmayın.
Darıxdırıcı, yeknəsək iş sizi tez usandıra bilər. Vaxtınızın qədrini bilin, məntiqsiz diskussiyalara və mənasız mübahisələrə qatılmayın.
Alış-veriş üçün əlverişli vaxtdır.
Əkizlər – maraqlarınızın təminatı üçün gərəkli bildiyiniz addımları atın. Astagəl və süst olsanız, önəmli məqamlardan biri diqqətinizdən yayınacaq. Başladığınız işin mühüm ünsürünü ön plana çəkin. Böyük ümidlərinizin olduğu istiqamətdə hadisələrin cərəyan istiqamətinə fikir verin.
Günün ikinci yarısında kimsə yaşamınızda dəyişiklik etməyə çalışacaq. Uğursuzluq siqnallarını sezin. İlk baxışdan çox qəribə və absurd təsir bağışlayan məlumatlardan belə, yararlanmağa çalışın.
Sizi maraqlandıran situasiyanı çözmək üçün əlverişli variant formalaşır.
Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olun. Olaylara təsir imkanlarına maliksiniz.
Xərçəng – bərabər variantlar arasında münasibini seçin, onu reallaşdırmaq üçün gərəkli addımlar atın. Hadisələrin intensivliyi artır, görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. İnfeksiya riski var. Yorğunluq və fiziki işlər əhvalınızı korlaya bilər.
Günün ikinci yarısında kimsəyə imkan verməyin ki, işlərinizə qarışsınlar. Yaşamın şərtləri güzəşti istisna edir. Problemləri təxminləmək və onların həll variantlarını preventiv hazırlamaq üçün sayıq olun. Daxili gərginlik sizdə aqressiya yaratmamalıdır.
Axşam saatlarınıda özünüzə əlavə çətinliklər yaratmayın.
Şir – çətin, qarışıq, amma çoxdan reallaşdırmaq istədiyiniz işlərdə irəliləyişlər vəd edən zamandır. Məişət qayğılarının həllinə başlayaraq tapşırılan işləri və göstərişləri unutmayın. Hansısa istiqamətdə proseslər uğurlu gedərsə, sakitləşməyin, rahatlaşmayın. Prosesi təkrarlamaq üçün əsas işdən yayınaraq maliyyə xərclərini artırmayın.
Günün ikinci yarısında birmənalı olmayan, amma maraqlı situasiya yaranacaq. Detallarla təfərrüatları dəqiqləşdirin. Zərurət yaranarsa, mütəxəssislərlə məsləhətləşin. Bütün problemlərə və maneələrə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Nikbin olun. Olaylara süni təkan verməyin.
Qız – ünsiyyət və əməkdaşlıq üçün mürkkəb zamandır. Mürəkkəb suallara cavab aramağın yolu qarşılıqlı güzəştlərdən keçir. Yaxın ətrafınızdakı insanların hər biri öz işi ilə məşğuldur. İlkin təəssüratlara aldanmayın.
Günün ikinci yarısında əhəmiyyətli dönüş zamanıdır. Tələsik qərar verməyin. Konkret situasiyada məsuliyyət hiss edirsinizsə, sayıq davranın.
Dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Axşam saatları əsəbləriniz tarıma çəkilə bilər.
Normal istirahət etməyə çalışın.
Tərəzi – enerjiniz çoxdur, amma ondan məhsuldar şəkildə yararlanın. Ətrafınızdakı insanlara qarşı sərt mövqe tutmayın.
Belə davranış münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz.
Yaxınlarınızın qəlbini yaralamayın.
Ailə üzvləriniz sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində düşünülməmiş addımlar atmayın.
Axşam saatlarında yaşam potensialınız yüksək olacaq. Aktiv istirahəti seçin.
Əqrəb – təəssüratlar bol, hadisələr çoxdur. Yaşananların təhlili və dəyərləndirilməsi çox vaxt aparacaq. Başqalarının problemləri ilə məşğul olaraq qarşınızda duran məqsədləri reallaşdırın.
Maraqlarınızın və vaxtınızın dəyərini bilin.
Günün ikinci yarısı super emosional zamandır. Çətin situasiyalarda diqqətli olun, sayıq davranın. Dəyər verdiyiniz insanların hisslərini sınağa çəkməyin. Fəsadları aradan qaldırmaq asan olmayacaq.
Oxatan – yeni tanışlıqlar güclü emosiyalara səbəb olacaq. Problemlərin həllinə yaradıcı yanaşmayın. Yaşam və fəaliyyət arealını qaydaya salın. Alış-verişdə bədxərclik etməyin.
Xoş təəssüratlar əldə edə biləcəyiniz rahat dönəm günün ikinci yarısında başlanacaq. Tərəfdaş, şərik tapa biləcəyiniz yerdə olun. Layihələrinizi genişləndirməyə can atın
Əmək məhsuldarlıq səviyyəniz yüksək olarsa, xeyli faydalı iş görə bilərsiniz. Yaxın gələcəkdə effektiv yenilikləri reallaşdırmağınıza imkan verəcək islahatlara başlayın. Səhhətinizə fikir verin.
Axşam saatlarında diqqətli olun.
Oğlaq – günün ilk yarısında planlarınızda arzuolunmaz dəyişikliklər yaşana bilər. Müəyyən mövzu aktuallığını itirəcək. Təcili qərarlar verin, sürətli olun. Təşkilati tədbirlər, fəaliyyətə başqa adamların cəlb edilməsi istisna deyil.
Emosiyalarınıza nəzarət edin. Həddən artıq aktiv olmayın, yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Bəzi işləri etibar etdiyiniz adamlarla paylaşmaq olar. Tapşırıq ağır, yerinə yetiriləsi iş mürəkkəb, ayrılmış vaxt isə azdır.
Kimdənsə tam diqqət və ya ifrat qayğı tələb etməyin.
Dolça – enerjili, aktiv olun. Ziddiyyətli maraqlar və niyyətlər qarışıq durum yarada bilər. Başladığınız işi yarımçıq qoymayın, gərginliyə qapılmayın. Eyni vaxtda bir neçə işi görməyə çalışsanız, ciddi çətinliklərlə qarşılaşa bilərsiniz.
Tələsməyin.
Günün ikinci yarısında önünüzə çıxan sədləri dəf edin, maneələri aradan qaldırın. Ən önəmli məsələləri müəyyənləşdirin.
Boş danışıqlara qatılmayın, işə köklənməmiş insanlardan uzaq durun. Gərəksiz əşyalardan qurtulun, mənasız əlaqələri bitirin.
Balıqlar – günün ilk yarısını kiçik problemlərin həllinə, qayğıların yerinə yetirilməsinə həsr edin. Sizə təzyiq göstərmələrinə imkan verməyin. Başqasının məsuliyyətini paylaşmayın. Sənədlərdə qaydaya fikir verin.
Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa can atın. Danışıqlar fikrinizi yayındıra bilər. Tərəfdaşlar bir zaman verdiyiniz vədləri xatırladacaqlar. Verdiklərinizlə aldıqlarınız arasında paritetə nail olun.
Axşam saatlarında maddi marağınızı təmin etməyə yönəlmiş aqressiv addımlar atmayın. (Milli.Az)