AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bürclər: 3 İyul

  • + A
  • - A
  • 3-07-2019, 09:15

    Bürclər: 3 İyul

    Qoç – günün ilk yarısından etibarən məhsuldar işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda münasibətlərdə sayıq olun.
    Kobudluq etməyin.
    Günün ikinci yarısında şəxsi münasibətlərdə yarana biləcək anlaşılmazlığı aradan qaldırın. Sevdiyiniz insanın tələblərini nəzərə alın. Laqeyd insan təsiri bağışlamayın.
    Axşam saatlarını özünüzə həsr edin.

    Buğa – bol şanslar və imkanlar vəd edən gündür. İntuisiyanızı işə salın. Cari işlərin və rutin məsələlərin öhdəsindən gəlmək üçün bir qədər qətiyyətli olmalısınız. İradəli və ötkəm olun. İşlərinizə kənar müdaxilələrə imkan verməyin.
    Günün ikinci yarısında çalışdığınız kollektivdə, işlədiyiniz məkanda münasibətlərin harmonik olmasına can atın. Dəyər verdiyiniz insanla ünsiyyətinizdə çətinliklər, soyuqlaşma yarana bilər. Problemləri danışıqlarla həll etməyin tərəfdarı olun.

    Əkizlər – hadisələrin axarı və proseslər əhvalınıza da təsir edəcək. Həllini gözləyən məişət problemləri var. Maliyyə öhdəliklərinizi unutmayın. İşdə və münasibətlərdə soyuqqanlı olun.
    Günün ikinci yarısında əsas məqsədi seçərək ona doğru dayanmadan irəliləyin. Saatlar keçdikcə emosional fon qaydasına düşəcək. Əhvalınız yaxşılaşacaq.
    Axşam saatlarında qohumlarınızdan və dostlarınızdan xoş xəbərlər alacaqsınız.

    Xərçəng – yaxın ətrafınızdakı insanların maraqlarının sizin mənafelərinizlə ziddiyyət təşkil edəcəyinə hazır olun. Fəaliyyətinizdə qarşı tərəfin istəklərini də nəzərə alın. Eqoizm işlərin ziyanınadır.
    Günün ikinci yarısında vahid layihə çərçivəsində öz maraqlarınızı qoruyun. Sadəlövh olmayın. Təklifləri ciddi şəkildə dəyərləndirmədən qərar verməyin. Tanımadığınız insanların “məsləhət”lərinə əsla inanmayın.
    Axşam saatlarını sevdiyiniz insanla birgə istirahətə həsr edin.

    Şir – günün ilk yarısından etibarən intensiv işləməli olacaqsınız. Bununla belə, qüvvənizini və imkanlarınızı olduğundan artıq sayaraq həllini bacarmayacağınız problemin çözümünü vəd etməyin. İfrat intellektual və fiziki yük səhhətinizdə problemlər yarada bilər.
    Günün ikinci yarısında boş vədlərə aldanmayın. Dostlardan birindən yaxşı xəbər alacaqsınız. Tələskənliyə yol verməyin, iradəli olun. Bəzi məsələlərdə inandığınız insanların dediklərinə qulaq asaraq davranmaq daha yaxşıdır.
    Axşam saatlarını sevdiyiniz məşğuliyyətə həsr edin.

    Qız – günün ilk yarısından bütün işləri planlaşdırmağa çalışmayın. Proseslərin məcrası gözləntilərinizi alt-üst edə bilər. Çətin vəziyyət sizi ruhdan salmamalıdır. Əhvalınızda stabillik yoxdur.
    Günün ikinci yarısında aqressiv davranmayın. İşdəki problem barədə rəhbərliyə məlumat verməzdən əvvəl şəraitin təfsilatları haqqında informasiya toplayın. Rəsmi qurumlara müraciət üçün əlverişli zaman deyil.
    Axşam saatlarında köhnə dostla görüş, qonağın gəlişi istisna deyil.

    Tərəzi – ailə və məişət qayğılarının öhdəsindən asanlıqla gələ bilərsiniz. Fəaliyyət arealında qayda yaradın. Planlarınızı nizamlayın. İdefikslərə aldanmayın, illüziyaları həqiqət saymayın. Təmir və köçə başlamaq fikriniz varsa, daha münasib zamanı gözləyin.
    Günün ikinci yarısında sizdən pullu və güclü insanla mübahisə etməyin. Daha ustalıqla, fəndgir şəkildə qisas almaq olar. Maliyyə məsələlərində yüz ölçüb, bir biçin. Yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq, müsbət emosiyalar bəxş edəcək.

    Əqrəb – günün ilk yarısında planları dəqiqləşdirəndən sonra fəaliyyətə başlayın. İşləriniz arasında ən maraqlısını seçərək onu prioritetə çevirin. Vəzifə səlahiyyətlərinin icrası ifrat çətinliklər yaratmayacaq.
    Günün ikinci yarısında ənənəvi, adət etdiyiniz sxemlərin çərçivəsindən kənara çıxmayın. Müzakirələrdə, danışıqlarda – ümumiyyətlə, ünsiyyətdə ikiüzlülük etməyin. Belədə sizi anlayacaq, sayğı bəsləyəcəklər.

    Oxatan – praktik olun. Praqmat davranın. Pulunuza qənaət edin. “Qara gün” üçün yığdığınız pulları mənasız işlərə, gərəksiz əşyaların alınmasına sərf etməyin. Sabahı düşünün, çünki maliyyə stabilliyi hər an pozula bilər.
    Günün ikinci yarısında təhlükəsizliyinizi və əmlakınızın mühafizəsini təmin edin.
    Qidada sağlam rasionu unutmayın. İzafilikdən, ifratdan uzaq olun. Axşam saatlarında dostlarla maraqlı və yaddaqalan görüş, sevdiyiniz insanla təmas ola bilər.

    Oğlaq – günün ilk yarısı ən əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Öhdəliklərin reallaşdırılmasını gecikdirməyin. Başqalarının sürəkli məsləhətlərini qulaqardına vuraraq fəal çalışın.
    Günün ikinci yarısında yeni layihənin icrasına başlayanda ilk addımlarınızı korrektə edin. Maliyyə problemlərinin həll variantını yəqinləşdirmədən irəliləmək asan deyil.
    Axşam saatları üçün məşğuliyyəti seçərkən mövcud vəziyyəti nəzərə alın.

    Dolça – huşsuzluq etməyin. Qüvvənizə və potensialınıza qənaət edin. Emosional davranaraq hisslərin əsiri olmayın. Məntiqli addımlar atıb, düşünülmüş qərarlar verin.
    Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri çözün. İşlərinizi başqalarına həvalə etmək çıxış yolu deyil.
    Dəyər verdiyiniz insanla təmasları intensivləşdirmək üçün aktiv olun. Təşəbbüsləriniz gərəkli nəticələr verəcək.

    Balıqlar – faydalı əlaqələrin sayını və çeşidini artırın. Nüfuzlu insanların dəstəyindən operativ şəkildə yararlanın. Qarışıq vəziyyətdə köməyə ehtiyacınız olacaq.
    İndiyədək dəfələrlə sınaqdan çıxmış metodlarla sadə, amma etibarlı vasitələr günün ikinci yarısında daha effektivdir. Yeni yolların aranmasını ertələyin.
    Axşam saatlarını ailənizlə keçirin. Yaxınlarınızı sevindirin.

    Milli.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR