AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elektron siqaretlə bağlı növbəti araşdırma: “Xərçəng şişi yaradır”

  • + A
  • - A
  • 9-10-2019, 11:54

    Elektron siqaretlə bağlı növbəti araşdırma: “Xərçəng şişi yaradır”

    Elektron siqaretlərlə bağlı mediada çox yazılıb, çox danışılıb. Nyu-York Universitetində bununla bağlı aparılan növbəti araşdırma daha qorxunc nəticələri ortaya qoyub.

    Lent.az xarici mediaya istinadən xəbər verir ki, adıçəkilən universitetin professorları elektron siqaretlərin adi siqaretlərin daha zərərsiz alternativi olub-olmadığını yoxlamaq üçün siçanlar üzərində test ediblər.

    Moos-Shong tangın rəhbərlik etdiyi araşdırma heyəti, 40 siçanı bir il boyunca elektron siqaretlərdə olan izoprofilin qlikol və bitkilərdən hazırlanan nikotin aerozolu ilə təmasda saxlayıb. Araşdırma heyəti 20 siçanın nikotinsiz aerozol, 20 siçanın isə sadəcə filterləşdirilmiş hava almasına şərait yaradıb.

    Bir ilin tamamında həftədə 20 saat nikotin aerozolu qəbul edən siçanların 22.5%-nin ağ ciyərlərində xərçəng şişləri yarandığı halda, 57.5%-nin sidik kisəsində xərçəngə dönən kütlələr yarandığı görünüb. Nikotinsiz aerozola məruz qalan siçanların ağ ciyərlərində xərçəng şişləri olmasa da, 6.3%-nin sidik kisələrində kütlələr görünüb.

    Bundan əlavə, filterləşdirilmiş hava ilə nəfəs alan siçanların 5.6%-də ağ ciyər şişləri yarandığı halda, heç birinin sidik kisəsində kütlələr yaranmayıb. Eyni zamanda araşdırma zamanı nikotinə məruz qalan qrupda 5, digər qrupda isə 2 siçan ölüb.

    Araşdırmaçılar elektron siqaretlərin insanlara nə cür təsir etdiyini yoxlamaq üçün daha geniş sınaqlara ehtiyac olduğunu, lakin bundan öncə insanların siçanlar üzərindəki testi görüb düşünmələrinin lazım olduğunu vacib biliblər.

    Lakin əlamətlər arasında nəfəs çatışmazlığı, halsızlıq, sinə ağrısı və ürək bulanması olan xəstəliyə elektron siqaretin özünün yoxsa ki, içərisində olan maddələrin təsir edib-etmədiyi hələ ki, dəqiq bilinmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR