Tez-tez ac qalırsınızsa....
Alimlər ayrı-ayrı araşdırmalar çərçivəsində insan həyatını uzatmaqla bağlı nəticələrə gəlib.
Bunlar “ömrü uzatmağın 10 yolu” adı altında toplanıb. Sözügedən yollardan biri insanın tez-tez ac qalmasıdır. Dünyanın ən uzun yaşayan insanların yaşadığı Okinavada xalq tam doymadan yeməkdən əlini çəkir. İkinci yol dil öyrənməkdir. Dil öyrənmək daha çox insanla ünsiyyət və müsbət enerji qazanmaq anlamına gəlir.
Dağlarda yaşamaq, genetik müalicə, varlanmaq, bir inanca sahib olmaq, çox işləyib stressə girmək, dərmandan düzgün istifadə, orqan transplantasiyası, dünyada yaxşı işlər görmək də yaxşı yaşamağın qaydaları sırasındadır.