Wi-Fi şifrənizi oğurlayanları bu üsulla tapa bilərsiniz! - FOTO
Mobil cihazınız və ya kompüterinizlə internetə daxil olanda sürətlə bağlı bir çox problemlər yaşaya bilərsiniz. Bunun ən böyük səbəbi Wi-Fi şifrənizi tapanların internetə daxil olmasıdır. Bu problemi şifrənizi dəyişərək həll etdiyinizi düşünsəniz, bu hal ilə yenə də qarşılaşa bilərsiz.
Fing adlı proqram isə bu kimi problemlərdə köməyinizə çatacaq.
Wi-fi şifrənizi oğurlayanları tapan bu proqram və bir çox yeni texnoloji xəbərlər barədə bilmək istəyirsinizsə, onda mütləq "Texno Park"a baxmalısınız.
Dünyanın texnologiyasından yeni və maraqlı xəbərlər hər dəfə olduğu kimi Zaur Əliyevin təqdimatında evlərinizə qonaq gələcək.
"Texno Park" bazar günü 18:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!