Aldana bilərsiniz — Günün ulduz falı
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology" günün qoroskopunu hazırlayıb.
AZTB.info Milli.Az-a istinadən ulduz falını təqdim edir:
Qoç - bütün işləri eyni vaxtda görməyə can atmayın. Ən mühüm işi və ya həllini dərhal tələb edən məsələni seçərək onu icra edin. Gündəlik qayğılar, rutin məqamlar sizi usandıra bilər. Emosiyalara qapılmayın. Qısamüddətli səfər və köhnə işgüzar tərəfdaşlarla danışıqlar üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın və ya yaxınlarınızdan birinin mövqelərini tam dəyişmək cəhdlərindən əl çəkin. Bələd olmadığınız insanların məsləhətlərinə riayət etmək məcburiyyətində deyilsiniz. Ağır işlərlə özünüzü yormayın.
Buğa - günün ilk yarısından başlayaraq fəaliyyətinizdə aktiv, intensiv olun. Astagəllik etməyin, tənbəllikdə suçlanmağınıza şərait yaratmayın. Şərtlər dəyişə bilər. Aldığınız xəbərlərə, əldə olunan məlumatlara tam inanmayın.
Sifarişçi və ya icraçı sizi aldada bilər. Diqqətli davranın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə neqativ anlar yaşana bilər. Dəyər verdiyiniz insanlarla sərt danışmayın. Fikir ayrılıqlarının və ixtilafların münaqişəyə çevrilməsinə səbəbkar olmayın.
Əkizlər - əhvalınızın stabil olmasına can atın. Yaxın gələcəkdə maddi durumunuza və ya sosial statuunuza ciddi təsir etməyəcək işlə məşğul olmayın. Vaxtınızı boşuna sərf etməyin. Bütün variantları diqqətlə nəzərdən keçirin. Yaxın ətrafınızdakı hansısa insana təəssürat yaratmaq üçün oynamayın.
Günün ikinci yarısında məsləhətlərə qulaq asmaq əvəzinə məqsədə doğru aparan yolla sürətlə irəliləyin. Şirin vədlərə aldanmayın.
Yaxınlarınızdan birinin davranışı və ya sözləri sizi qıcıqlandıra bilər. Ötənlərdə münaqişələrə səbəb olmuş mövzunu yenidən gündəmə gətirməyin.
Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.
Xərçəng - məşğul olduğunuz işdə ciddi irəliləyişə və ya uğura nail olmağa çalışın. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Amma əsla uğurlarınızla qürrələnməyin. Əks təqdirdə dedi-qodu, qeybət və çirkin intriqalara hədəf olacaqsınız.
Günün ikinci yarısında yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Etiraflar zamanı deyil. Fiziki təmrinlərlə məşğul olursunuzsa, aktivliyinizi axşam saatlarında bir qədər azaldın.
Şir - mənasız söhbətlərə qatılmayın. Ətrafınızdakı insanlarla bağlı qeybət etməyin. Biznes və ya borcların ödənilməsi ilə bağlı nəzərdə tutulmamış xərclər istisna deyil. Ən çətin situasiyalarda belə, pozitiv məqamları aşkarlayın. Yumor hissini unutmayın.
Günün ikinci yarısında tanışlarınızın davranışlarına diqqətlə baxın. Dəyərsiz insanla ünsiyyəti dayandırın, əlaqələri kəsin. Rasionunuza fikir verin. Həddən artıq yeməyin.
Qız - ən adi, gündəlik işlərdə anlaşılmazlıqlar yarana bilər. Situasiyanın nəzarətinizdən çıxmasına imkan verməyin. Sizi narahat edən məsələlərin səbəblərini araşdırın. Genişmiqyaslı, ağır problemin çözümünü ertələməyin. Kimsənin qarşısından geri çəkilməyin.
Günün ikinci yarısında yaşanan olaylar yaxın perspektivlə bağlı planlara dəyişiklikləri tələb edir. Fəaliyyətinizdəki qərarların uyğunlaşdırılmaması tərəfdaş və ya şəriklərdən birinin vədinə əməl etməməsi ilə sonuclana bilər. Baş verənlər planlarınıza mənfi təsir etməklə yanaşı, əhvalınızı da korlayacaq.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - ünvanınıza deyilən sözlərə gərəkdiyindən artıq önəm verməyin. Ünsiyyətdəki formallıq, ifrat rəsmiyyətçilik işgüzar danışıqlarda karınıza gələ bilər. Yaxın ətrafınızdakı insanların davranışlarındakı çatışmazlıqları müzakirə etməyin. Xoşunuza gəlməyən insanla, sadəcə, ünsiyyəti kəsin.
Günün ikinci yarısında xərclərinizə fikir verin. Prinsip etibarilə əsla ehtiyac duymadığınız əşyaların alınmasına pul sərf etməyin.
Dəvət aldığınız tədbirə qatılın.
Axşam saatlarında əyləncəyə yollana bilərsiniz.
Əqrəb - bu gün qeyri-adi iş görməyə çalışacaqsınız. Fəaliyyət planında yeniliklər edin. Problemlərin həllində orijinal olun, yeknəsəkliyə yol verməyin. Qeyri-ordinar ideyalarınız ətrafınızdakı insanların diqqətini cəlb edə bilər.
Günün ikinci yarısında opponentinizə təzyiq göstərərək onu fikrindən daşındırmağa çalışmayın.
Yaxınlarınız sizi tənqid edəcəklər. İndiyədək əhəmiyyətsiz, kiçik saydığınız məqamlarla maraqlananda işləri unutmayın.
Oxatan - hər eşitdiyinizə inanmayın. Fəsadları ağır olacaq səhvlərə yol verməmək üçün situasiyanı ciddi təhlil edin. Nəyisə anlamasanız, soruşmaqdan çəkinməyin. Yalnız etibara əsaslanan əməkdaşlıq zamanın sınağından çıxmaya bilər.
Günün ikinci yarısında tərəfdaşlarınız yalnız öz mənfəətlərini güdəcəklər.
Dəyər verdiyiniz insanla təmaslarda inamsızlıq və şübhəyə qapılmayın.
Axşam saatlarında stressdən qurtulmağa, gərginlikdən yaxa qurtarmağa çalışın.
Oğlaq - kənar təsirlər gücləndiyindən əvvəlcədən nəzərdə tutduğunuz fəaliyyət planına riayət etmək asan deyil. Bir sıra amilləri nəzərə almalısınız. Verilən tapşırığın və ya alınan sifarişin detallarını konkretləşdirin. İşləri vaxtında görmək üçün yetərincə vaxt yoxdur.
Günün ikinci yarısında mübahisədə uduzmamaq üçün güclü arqumentləriniz olmalıdır.
Sevdiyiniz insanla təmaslarda köhnə umu-küsü yada düşə bilər. Axşam saatlarına yaxın çox çalışmayın. Səhhətinizdə problemlər yaratmayın.
Dolça - baş verən hadisələri diqqətlə izləyin. Mühüm məqamları nəzərdən qaçırmayın. Yaxın ətrafınızdakı insanlardan biri intriqalarla işlərinizə mane olmağa çalışacaq. Problemin həll yollarını axtarın.
Günün ikinci yarısında müsbət dəyişikliklər başlanacaq. Çətinlikləri həll edəndə təxəyyülü işə salın. Sözlərinizə fikir verin. Münaqişələri çözməyi bacarın. Kompromisslərə hazır olun.
Balıqlar - qərarlarınızda və addımlarınızda ardıcıllıq olmalıdır. Əhvalınızdakı dəyişikliklər fəaliyyətə ciddi təsir etməməlidir. Köklü, genişmiqyaslı dəyişikliklərə başlamaq üçün münasib zaman deyil.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinliyin yaranmasına yol verməyin. Sevdiyiniz insandan gizlətməyə çalışdığınız məqam az sonra faş olacaq. Sirlərinizi tanımadığınız insanlarla bölüşməyin.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.