Acı fəsadlara səbəb olan hadisələr yaşana bilər...
AZTB.info Milli.Az-a istinadən günün ulduz falını təqdim edir:
Qoç - Tədqiqat və ya axtarışlarla məşğul olanlar üçün əlverişli zamandır. Təkbaşına, sakit şəraitdə çalışın.
Günün ilk yarısı adi qaydada olacaq.
Daha sonra orijinal ideyalar yaranacaq, fəaliyyətiniz daha məhsuldar olacaq.
Axşam saatlarına yaxın məişətdə yaranan xırda problemlərə fikir verin. Yaxınlarınız yanlış addımlarınız və tənbəlliyinizdən sinirlənə bilərlər. Bir qədər tək qalın.
Buğa - Məqsədinizə doğru inadla irəliləyin. Enerjiniz yetərincədir. Bir çox işlərin öhdəsindən gələ bilərsiniz. Ciddi problemlə qarşılaşanda bir qədər fasilə verin, situasiyanı təhlil edin. Müəyyən planlar var ki, onlardan ümumiyyətlə boyun qaçırmaq və unutmaq gərəkdir.
Günün ikinci yarısında əhvalınız dəyişəcək. Bu günədək adi, normal təsir bağışlayan məsələlərdən biri sizi təəssüfləndirəcək. Yaşam və fəaliyyət ritmini dəyişin.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - Yaxın çevrənizdəki insanlarla mükalimələr sönük deyil. Bununla yanaşı, yeni tanışlıq da istisna deyil. Yazışma zamanı önəmli məktubları unutmayın. İnformasiya mübadiləsi üçün yaxşı zamandır.
Yeni ideyalar, fikirlər, istəklər olacaq.
Günün ikinci yarısında şərik və ya tərəfdaşla aktiv çalışın. Əlaqələri möhkəmləndirin. Dostlardan birinin üzləşdiyi ağır durumda ondan yardımlarınızı əsirgəməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - Günün ilk yarısından etibarən hadisələrin axarında ləngimələr və yavaşımalar olacaq. Fəal olun, süstlüyə qapılmayın. Belədə işlərinizin nəticələri sizi sevindirəcək. Tələsik qərarlar və aqressiv davranış itkilər vəd edir.
Günün ikinci yarısında qeyri-adi təklif alacaqsınız. Yaxın ətrafınızdakı insanların sizə ədalətsiz yanaşdıqlarını düşünməyin. Axşam saatlarına yaxın enerjiniz azalacaq. Səhhətinizə fikir verin.
Şir - Qarşı tərəfə qayğıkeşliklə yanaşsanız, yeni müttəfiqlər tapa bilərsiniz. Ünsiyyətlə bağlı heç bir problem olmayacaq. Dostlar və tərəfdaşlarla müzakirələrdə mövqeyinizi sürətlə dəyişməyin. İntellektinizi göstərin. Səmimi olun.
Günün ikinci yarısında çoxdan planlaşdırılan müzakirələrə başlayın. Mübahisələrdə arqumentləri unutmayın.
Yeni tərəfdaşları işə cəlb etmək üçün münasib zamandır.
Yaşam arealını qaydaya salın. Təmir və köç ideyasını nəzərdən keçirmək olar. Qonaqlar olacaq.
Axşam saatları xoş təəssüratlar vəd edir.
Qız - Ağır günləri arxada qoymusunuz. Bir qədər nəfəs dərmək, fəaliyyət istiqamətini təftiş etmək olar. Kommunikasiyalar pis alınmayacaq. Şəxsi görüşlərə üstünlük verin. Qısamüddətli səfərlər uğurla başa çatacaq.
Alış-verişdə ifrata varmayın.
Qohumlar və yaxınlarla təmaslarda qayğıkeş, həssas olun. Belə görüşdən xoşhal olmaqla yanaşı, yaxşı məsləhətlər və yardım da ala bilərsiniz.
Axşam saatlarına yaxın başağrıları istisna deyil.
Tərəzi - İfrat dərəcədə aktiv olmayın. Düşünülməmiş deyilən sözlər, aqressiv reaksiya münasibətləri sərtləşdirə bilər. Ötənlərdə yaşanmış olayları təhlil edin. Məqsədə aparan yolda sizə maneələr yaradan insanların fəallığını aşağı salmağa çalışın.
Günün ikinci yarısında interaktiv ünsiyyətdə maraqlarınızı qoruyun. Həmsöhbəti internetdə yox, real həyatda arayın. Xarici dil öyrənməyə başlayın.
Axşam saatlarında gəzintiyə çıxın, havanızı dəyişin.
Əqrəb - Daha aktiv, enerjili olun. Yeniliklər arayın, gərəkli informasiyanı əldə etməyə çalışın. Elektron informasiya vasitələrindən məntiqli şəkildə yararlanın.
İnnovasiyalar və onlayn-ünsiyyət bəzi məsələlərdə irəliləyişlərə təkan verəcək.
Günün ikinci yarısında tələskənliyə yol verməyin. Əks təqdirdə sonradan acı fəsadlara səbəb ola biləcək hadisələr yaşana bilər.
Ailədəki problemi və məişət qayğılarını vaxtında həll edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Dostlarla görüş olacaq.
Oxatan - Təşəxxüs və eqoizm, nə qədər qəribə də olsa, bu gün tək işləmək, müstəqil çalışmaq istəyi yaradacaq. Yaxın ətrafınızdakı insanlardan biri barənizdə şayiələr yayacaq. İntriqa hədəfi ola bilərsiniz. Rəqibləriniz sizə qarşı yeni plan hazırlayırlar.
Günün ikinci yarısında əks cins mənsubu ilə mükalimələrdə diqqətli olun. Yaxınlarınızdan biri ilə münasibətlərin detallarına aydınlıq gətirə biləcək görüş baş tutacaq. Sirlərinizi ən yaxın dostlarınıza etibar etməyin. Sizi şantaj etmək istəyən insan var.
Oğlaq - İnformasiya və təcrübə mübadiləsi üçün pis gün deyil. Tərəfdaşlarınızla birlikdə yeni layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Uzun müddətdən bəri arzuladığınız işi təxirə salmayın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Macərapərəst və avantürist olmayın. Vaxtınızla bahəm, pullarınızı da itirə bilərsiniz. Axşam saatları görüşlər, danışıqlar üçün yaxşıdır.
Dolça - Yaxın ətrafınızdakı insanlar sükutunuzu nəyisə bilib deməmək istəyi kimi anlaya bilərlər. Əslində isə diqqətinizi bir ideya büsbütün cəlb edib. Cəhdlərinizə rəğmən potensialınızı tam nümayiş etdirə bilməyəcəksiniz.
Günün ikinci yarısında mühüm işi planlaşdırın, zəruri təməl hazırlayın.
Ailə problemləri və ya məişətdəki çətinliklərlə bağlı ailə üzvləriniz sizə iradlarını bildirəcəklər. Vəziyyətin incəliklərini onlara anladın. Axşam saatlarında ünsiyyəti minimallaşdırın. Enerjinizi artırın.
Balıqlar - Qərarları gecikdirməyin. Yaşamın bütün sahələrində cürətlə davrana bilərsiniz. Uzaq səfərə çıxmayın. Amma ənənəvi arealı tərk etmək məcburiyyəti yaranarsa, çox diqqətli olun.
Sükan arxasında olanda diqqətiniz ikinci dərəcəli məsələlərə yayınmasın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yeniliklər və dəyişikliklər olacaq. Birgə fəaliyyət göstərdiyiniz insanda yeni ideyanıza maraq oyadın. İşdə həmkarlarla, rəhbərliklə normal ünsiyyətdə olun.
Axşam saatlarında ağrılar hiss edə bilərsiniz.