Kiçik səfər və ya səyahət üçün əlverişli zamandır
AZTB.info Milli.Az-a istinadən günün ulduz falını təqdim edir:
Qoç - ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı, əhəmiyyətli hadisələr baş verə bilər. Heç nəyi diqqətdən qaçırmayın. Gördüklərinizi təhlil edin.
Faktları normal müqayisə edə bilsəniz, bədxahlarınızı geridə qoymağınıza imkan verəcək addımlar ata bilərsiniz.
Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Dəyər verdiyiniz təmaslar sonuclana bilər.
Maliyyə durumu stabilliyi ilə fərqlənmir. Tələsik qərarlar qəbul etməyin.
Buğa - qələbələr və nailiyyətlər əldə etmək çətindir. Fəqət yaxşı çalışıb səy göstərsəniz, irəliləyəcəksiniz. Əməyinizin müqabilində ödəniş pis olmayacaq. Taleyə şikayətlənməyə dəyməz.
İşlərinizdə aktiv və enerjili olun. Günün ikinci yarısında sizi maraqlı tanışlıq gözləyir.
Mövqe və baxışlarınızı gizləmək istəməyərək yaxın ətrafınızdakı insanlara onların eşitmək istəmədikləri sözləri deyirsiniz.
Düz söz danışanı kimsə sevmədiyindən bir qədər ehtiyatlı olun. Rəğbət bəslədiyiniz insanlarla əlaqələri sərinlətməyin.
Əkizlər - zəruri ehtiyac olmadan risk etiməyin, tələsik addımlar atmayın.
Yaxın ətrafınızdakı insanların sizdən kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız insanların boş vədlərinə uymayın.
Bədxahlarla düşmənlərin sayını artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi münasibətlərdəki çətinliklərin sayını artırmayın.
Yaxınlarınız sizi sevir, dəyər verirlər.
Rasionunuza fikir verin. Tamahkarlıq etməyin. Fiziki işi azaldın.
Xərçəng - çətinliklərə və anlaşılmazlıqlara rəğmən konstruktiv çalışın.
Son həftələr ərzində sizi narahat edən problemləri həll etmək imkanlarınız var. Bunun üçün qeyri-standart addımlar atmaq gərəkdir. Şablon təfəkkür zərərlidir.
Birgə layihələrə qatılın, əməkdaşlıq təmaslarında fəal olun.
Probleminizlə bağlı dövlət qurumlarına baş çəkə bilərsiniz.
Axşam saatları bilik və bacarıqların artırılması, yaradıcılıq üçün əlverişlidir.
Şir - Etiraf etmək istəməsəniz də, bu gün yaşanan münaqşələrin tam əksəriyyətinin səbəbkarı sizsiniz. Yaxınlarınızı mənasız iradlar və yersiz hərəkətlərlə qıcıqlandırmayın.
Dəvət aldığınız tədbirə yollanmayın. Amma o tədbirə getməkdə qərarlısınızsa, diqqət mərkəzində olmamağa çalışın. Alış-veriş məsləhət deyil.
Qız - maliyyə baxımından əlverişli gün deyil. Xərclər və məsrəflər çoxdur. Sərmayə kimi yatırdığınız pulların yaxın zamanda "qayıdış" ehtimalı azdır.
Alış-veriş üçün münasib gün deyil. Bu gün alacağınız əşyalar gözləntilərinizi doğrultmayacaq. Yaşam potensialı səviyyəsi aşağıdır. Adi günlərdən fərqli olaraq daha çox yorulursunuz. Hətta ən sadə və rutin işlər sizə mürəkkəb, yorucu təsir bağışlayır.
Dostlarla görüşlər, qonaq qəbul etmək üçün əlverişli gündür.
Yaxınlarınızın yanında özünüzü rahat hiss edəcək, bir çox problemləri unudacaqsınız. Kiçik səfər və ya səyahət üçün əlverişli zamandır. Lakin sükan arxasında olmayın.
Axşam saatları ailəvi istirahət üçün münasibdir.
Tərəzi - rəğbət bəslədiyiniz insanlara yardım edin, onlarla birlikdə işləməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Gün xoş görüşlər, ilginc tanışlıqlar, yeni layihələr vəd edir.
Yeni və ciddi romantik münasibətlərin əsasını qoyula bilər. Dəyişikliklər yaşamınızda önəmli rol oynaya bilər.
Maliyyə baxımından əlverişli gündür. Gəlir, uğurlu investisiya, sərfəli alış-veriş istisna deyil. Nüfuzlu insanlarla təmaslar və danışıqlar üçün əlverişli zamandır. Hami, investor tapa bilərsiniz.
Əqrəb - ilk baxışdan göründüyünün tam tərsinə olaraq irəliləyiş və uğur çətin deyil. Başlayacağınız işlərin bəzilərini tanıdığınız insanlar görə bilmirlər. Özünüzə əmin, qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət alsınlar.
Köç və ya iş yerini dəyişmək üçün pis gün deyil.
Yeni tərəfdaşlarla əməkdaşlıq başlana bilər. Onlar uzun çək-çevir olmadan sizə kart-blanş verəcəklər və nəticədə mühüm qərarları təkbaşına qəbul edə biləcəksiniz.
Kommersiya layihəsi gəlir vəd edir.
Oxatan - müsbət təmayüllərin təsiri güclənir. Gün uğurludur. İşgüzar aktivlik səviyyəsi yüksəkdir və bu, sizə rəqiblərinizlə müqayisədə daha yaxşı mövqelər əldə etməyə imkan verir.
Biznesin genişləndirilməsi, iri sövdələşmə və anlaşmalar üçün əlverişli gündür. Genişmiqyaslı layihə çərçivəsində işə başlamaq olar. Bir şərtlə ki, uzun müddət ərzində bütün vaxtınızı bu işə həsr etməyə hazır olasınız.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yaxınlarınızı işlərinizə cəlb etməkdən çəkinməyin. Ehtiyacınız olan yardımı alacaqsınız. Qısamüddətli səfərlər pozitiv emosiyalar bəxş edəcək.
Oğlaq - gün sürprizlərlə doludur. Onların hamısı xoş deyil. Hər şeyə rəğmən pozitiv əhval-ruhiyyə problemləri çözməyə və sədləri dəf etməyə, qarşınızda yaranan imkanlardan tam yararlanmağa şərait yaradır.
Bahalı və xoş hədiyyələr istisna deyil.
Şəxsi həyatınızdakı dəyişikliklər ciddi səciyyəli ola bilər. Bir sıra məqamlar istəklərinizdən asılıdır. Səfərdə, yolda ehtiyatlı olun. Hər hansı formada riskə yol verməyin.
Axşam saatlarını evdə keçirin.
Dolça - gərgin, hadisələrlə zəngin və yorucu gündür. Ruhdan düşməyin, irəliləyin. Nə üçün çalışdığınızı anlayın. Qarşınıza qoyduğunuz məqsəd ciddi və konkret olmalıdır. Qohumlarınız işlərinizə qarışmağa çalışacaqlar.
Münaqişəyə yol verməmək üçün onlara başa salın ki, işlərin çəmini anlayırsınız. Bu və digər situasiyada necə davranmaqla bağlı məsləhət gözləməyin.
Mühüm məsələləri həll etmək olar. Köç və ya iş yerinin dəyişdirilməsi ilə bağlı düşünmək olar. Tələsik addım atmayın, sağlam məntiqlə davranın. Belə olarsa, yanlışlıq və səhv riski azalacaq.
Balıqlar - istənilən işə başlamaq olar. Dostlar, tərəfdaşlar və yaxınlar sizi dəstəkləməyə hazırdırlar. Çoxdan bəri reallaşdırmaq istədiyiniz planı həyata keçirmək üçün münbit şəraitdir. Aktiv olun, süstlük etməyin. Çətin situasiyalarda bel bağlamağa adət etdiyiniz insanın dəstəyini itirə bilərsiniz.
Yaxınlarınızla münasibətlər birmənalı deyil. Bəzi məqamlar açıqlanmır. Sirlərin çox olduğu şəraitdə qarşılıqlı anlaşma çətinləşir.
Bundan başqa, aldığınız informasiyaların əksəriyyəti səhih deyil. Nəyin yanlış, nəyin dürüst olduğunu dəqiqləşdirin.