AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin

  • + A
  • - A
  • 3-04-2018, 10:31

    Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin
















    Qoç - hadisələrin dinamikasını müşahidə edin, günün tempindən geri qalmayın. Görüşlər, informasiyalar sizi laqeyd qoymayacaq.

    Plan və ideyaların heç də hamısı yaxın ətrafınızdakı insanlar tərəfindən rəğbətlə qarşılanmır. Sinirli, qıcıqlı olmayın. Birlikdə çalışdığınız insana təzyiq göstərməyin.

    Bu, kəskin narazılığa və ya münaqişəyə səbəb ola bilər.

    Hadisələrin axarına müdaxilə etməyin.

    Uğur sizi fəaliyyət göstərdiyiniz və ya gözləntilərinizin olduğu sahədə yox, fərqli müstəvidə olacaq.

    Buğa - günü sakit şəraitdə keçirməyə can atın. Təzyiqlər artarsa, hadisələrin axarı güclənərsə, təkbaşına çalışmağa üstünlük verin.

    Passiv olmayın. Maraqlarınızın tam təminatına və planın yerinə yetirilməsinə ciddi diqqət verin.

    Ailə üzvləri, qohumlar və tanışlarla münasibətlərdə səmimi, qayğıkeş, həssas olun.

    Təmaslarda təkid etməyin, iddialı və ambisioz olmayın. Problemi müzakirə və razılıqla çözün.

    Axşam saatlarında alış-veriş məsləhət deyil. Əks təqdirdə aldığınız əşyanın keyfiyyəti və vacibliyi az sonra sizdə dərin şübhələr yaradacaq.

    Əkizlər - aktiv olun. Əsaslı, maraqlı və perspektivli işləri ön plana çəkin. Orqanizmin energetik tonusunun bərpasına fikir verin.

    Mənafelərinizin tapdanmasına imkan verməyin. Maaş və ya vəzifəyə görə təhqirlərə dözməyə dəyməz.

    Ünsiyyətdə məntiqli, sayıq olun. Yaxın ətrafınızla təmaslarda problemlərə kəskin münasibət bildirməyin.

    Tənqidə dözümlü olun. Diplomatik davranın, həssaslıq nümayiş etdirin.

    Axşam saatlarına yaxın əhvalınız dəyişə bilər.

    İstirahət edin, vaxtınızı xoş mühitdə keçirin.

    Xərçəng - səhər saatlarından etibarən ətalətli olmayın, hadisələrin arxasınca getməyin. Olaylar sizdən yan keçməsin.

    İşdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün planlı davranın.

    Günün ortasında planlarınıza ailə problemləri qarışa bilər. Baş verənlərə həddən artıq emosional reaksiya verməyin. Yaxın ətrafınızda gərgin situsiya yaratmayın. Sərt durumlarda güzəştə gedin. Mübahisələri alovlandırmayın, vəd verməyin.

    Axşam saatlarında bir qədər istirahət edin. Məişət və cari problemlər barədə bədbin düşünməyin.

    Şir - gərgin, təlaşlı, əndişəli gündür. Diqqəti bir işdə cəmləmək çətindir. Mühüm məsələlərdən biri sizi fəal iştirakınız və müdaxiləniz olmadan həllini tapacaq.

    Həddən artıq aktiv olsanız əldə edilmiş nəticə qeyri-konstruktiv olacaq. Təkidli və sərt olsanız, ciddi qarşıdurma yarana bilər.

    Ailə, evlə bağlı işlər, problemlər ön plana çıxacaq. Bəzi işlərin sürətli, təcili həllə ehtiyacı var.

    Səhhətinizə fikir verin, özünüzü ifrat dərəcə yormayın. Qəfil zəiflik hiss etsəniz, istirahət edin.

    Qız - yaxın bildiyiniz insan və dəyər verdiyiniz şəxslə münasibətlərdə gərginlik yaratmamaq üçün həddən ziyadə tələbkar olmayın. Yersiz səmimiyyətə varmayın. Dəvət aldığınız yerə gedin, yeni tanışlıqlarda sayıq davranın.

    Alış-verişdə simiclik etməyin.

    Romantik gözləntilər, yaradıcılıq istəyi, təşəbbüs istisna deyil. Bütün bunlar sizdə macəra istəyi yarada bilər.

    Hisslər və emosiyalar bu gün özünüzü dəyərləndirməyə yönəlmiş sözlərə yönələcək. Sevdiyiniz insanla zarafat etməyin. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.

    İşlərdə sürətli nəticəyə üstünlük verin.

    Həssas, məntiqli, soyuqqanlı olun.

    Tərəzi - maraqlarınız və perspektivləriniz əməkdaşlıqla bağlıdır. Yaxın ətrafınızdakı insanlar sizin problemlərinizlə dərindən maraqlanmırlar. Özünüzü aldatmayın, qətiyyətli olun, yalanlara uymayın. Cari problemlərin həlli geniş perspektivdə uğur vəd edə bilər.

    Ünsiyyətdəki energetikanın yüksək səviyyəsi yeni perspektivlər vəd edir.

    Sabahkı günə uğurla başlamaq üçün axşam saatlarında yetərincə istirahət edin.

    Əqrəb - gərginlik, təmaslardakı aqressivlik artır. Yarımçıq qalmış işləri bitirin, bir yerdə oturmayın. Yaxın ətrafınızdakı insanla aktiv təmaslarda olun.

    Maraqlandığınız məsələ ilə bağlı fikrinizi dəyişə biləcək xəbər, informasiya ala bilərsiniz.

    Sərfəli və gərəkli işlərlə məşğul olun.

    Günün ikinci yarısında fiziki işlə məşğul olun. Axına qarşı getməyin, yaxınlarınızla münaqişə etməyin.

    Yaşamınıza, gördüyünüz işə kənar müdaxilələrə imkan verməyin. Təzyiqə boyun əyməyin.

    Mübahisəli məsələləri tədricən həll etmək olar.

    Oxatan - səhər saatlarından etibarən aktiv olun. İmkan və resurslarınızdan yararlanın. Yaradıcılıq imkanlarından faydalanın. Özünüzü rahat hiss etdiyiniz əlaqələr və etimad etdiyiniz insanlarla təmaslarla kifayətlənin.

    Günün ikinci yarısında ailəyə diqqət ayırın.

    Ailə üzvləri sizdən etibarlılıq və stabillik hissləri almalıdır.

    Gün ərzində əhvalınız dəfələrlə dəyişə bilər. Əsəblərinizi qoruyun, boşuna sinirlənməyin. Sizi maraqlandıran nəsnənin axtarışları ilə ciddi məşğul olun.

    Ehtimallarınızı təsdiqləyən, irəliləyişinizə səbəb ola biləcək məqamlarla məşğul olun.

    Oğlaq - dəqiqlik və konkretlik tələb edən işlərdə aktivlik nümayiş etdirin. Günün hadisələrinin məğzini, münasibətlərin əsaslarını təxminləməyə can atın.

    Alınan informasiya, qəfil görüşlər və ya tərəfdaşlarla söhbətlər mühüm məsələyə münasibətinizi dəyişə bilər. Planların fərqli məcraya yönəlməsi istisna deyil.

    Ailə məsələləri, ev işləri ciddi diqqətinizi tələb edir.

    Yaşam arealında qayda və nizam yaratmaq tələb olunur. Sistemləşdirmənin istənilən forması faydalıdır. Mənəvi sakitlik, hisslərin rəvanlığı daxili stabillik vəd edir.

    Qarşılıqlı anlaşmanın çətinliklə əldə olunması paradoksal olsa da, sizi sakitləşdirəcək.

    Münaqişələr və ya mübahisələr olacaq. Amma istəyiniz daha güclü olmalıdır.

    Dolça - əsas diqqəti gərəkli məlumatın aranmasına, ondan sərfəli istifadə olunmasına yönəldin. Əlaqələr, təmaslar və qarşılıqlı sərfəli tərəfdaşlıq çox vacibdir.

    Yaxınlarınız və ya qohumlarınızdan birinin həyatındakı hadisə sizə ciddi təsir edə bilər.

    Hadisələrin axarına süni təkan vermədən çalışın.

    Sizdən yardım istəyən insana dəstək olun.

    İşlərin hamısına olmasa da, bir qisminə nəzarət edin. Aktiv olun, təşəbbüs göstərin, yeni işlərə başlayın.

    Tərəfdaş və ya iş yoldaşlarınızın sizin hərəkətlərinizə reaksiyalarına ciddi fikir verin.

    Valideynlərlə təmaslar üçün vaxt tapın.

    Balıqlar - qəfil təəssüratlar və hadisələrdəki kəskin dönüşlər zamanıdır. Ciddi, genişmiqyaslı işə başlamağa təşəbbüs etməyin. Yaşamın indiki dövrdə təklif etdikləri ilə kifayətlənməyə dəyər.

    Problemləri çözün, səhvlərin fəsadlarını aradan qaldırın. Tənbəl olmayın, aktiv çalışın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrdən istifadə edin.

    Alış-verişi təxirə salın.

    Şəxsi münasibətlərdə pozitiv irəliləyişlər ola bilər. Səmimi etiraflar və həqiqət axtarışı üçün əlverişli gün deyil. Hadisələrin spontan axarından öz xeyrinizə yararlanmağa çalışın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR