16 aprel üçün astroloji proqnoz
16 aprel üçün astroloji proqnozu təqdim edirik:
Qoç
Gün olduqca gərgindir. Ətrafdakılarla fikir ayrılıqları tez-tez yaranır. Siz öz nöqteyi-nəzərinizi müdafiə etməyə çalışırsınız, amma bu mübahisə və küskünlukdən başqa heç nəyə gətirib çıxarmır. Sərbəst işləsəniz, vacib qərarları heç kimlə məsləhətləşmədən qəbul etsəniz işdə uğur qazanmaq mümkündür. Şəxsi münasibətlərdə də intuisiyanıza güvənmək daha yaxşı olar: məhz o ən yaxşı göstərişləri verir.
Ciddi problemlər yaranmayacaq, amma narahat olmalı olursunuz. İndi siz istənilən xırdalıqlara kəskin reaksiya verirsiniz, amma hər zaman emosiyalarınızı nəzarətdə saxlaya bilmirsiniz. Yalnız günün sonunda mənəvi müvazinətı qaytarmaq mümkün olacaq.
Buğa
Siz insanlarla yola getmək, həm yaxın tanışlar, həm də ilk dəfə gördüklərinizlə ümumi dil tapmaq bacarığı sayəsində uğur qazanacaqsınız. İşgüzar görüşlər məhsuldar keçir. Romantik görüşlər məyus etməyəcək: onlar xoş sürprizlərlə dolu olacaq. Siz uğurla maliyyə məsələlərini həll edəcəksiniz, uğurlu alış-veriş edəcəksiniz və ya müəyyən perspektivli layihəyə pul yatıracaqsınız.
Dostlarla ünsiyyət sevindirəcək. Birlikdə şən vaxt keçirmək və ya hər kəsə maraqlı olan işlə məşğul olmaq olar. Siz demək olar ki, heç bir səy göstərmədən çox şey öyrənəcəksiniz və tezliklə lazım olacaq informasiya əldə edəcəksiniz.
Əkizlər
Günün əvvəlində ehtiyatlı olun. Bu narahat gün yeni problemlər və qayğılar, həmçinin narahatlıq üçün səbəblər gətirəcək. Amma siz iradənizə hakim olsanız hər şeyin öhdəsindən gələ bilərsiniz. Əgər siz emosiyalarınıza hakim ola bilməsəniz çətinliklər daha çox olacaq. Tədricən pozitiv tendensiyaların təsiri güclənir, vacib işlərin öhdəsindən gəlmək şansı yaranır. Köhnə müttəfiqlərin dəstəyi çox faydalı olacaq.
Bu qohumlarla ailə işləri barədə danışmaq, hər kəs üçün vacib olan məsələləri müzakirə etmək üçün uyğun gündür. Sevimli insanla səmimi söhbət anlaşılmazlıqlara son qoymağa imkan verəcək.
Xərçəng
Günün əvvəlində ailə işləri diqqət tələb edəcək. Planlarınızı müəyyən əhəmiyyətsiz hadisələrə görə dəyişməli olacağınız istisna deyil. İşdə xırda anlaşılmazlıqlar mümkündür, amma siz işlərinizə ciddi yanaşsanız və ancaq özünüzə arxalansanız onların öhdəsindən gələcəksiniz. Axşam istirahət tələb olunacaq. Günün ikinci yarısına vacib görüşlər planlaşdırmamaq daha yaxşı olar.
Təşkilati məsələləri həll etmək, sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olmaq olar; siz bunun öhdəsindən yaxşı gəlirsiniz. Alış-veriş (xüsusilə günün ortasında edilmiş) uğurlu olacaq.
Şir
Asan qələbələrə ümid etməyin. Bu günə hansı işləri planlaşdırırdığınızdan asılı olmayaraq onların öhdəsindən gəlmək üçün səy göstərməli olacaqsınız. İşdə müəyyən gözlənilməz hadisələr mümkündür, onlar sizi daha əvvəl fikirləşdiyinizdən imtina etməyə vadar edəcək. Bəzən həmkarlarla ümumi dil tapmaq çətin olur, rəhbərliklə fikir ayrılıqları da istisna deyil. Amma siz ciddi münaqişələrdən qaçmağa nail olursunuz.
İndi çox şey sizdən asılıdır, amma bütün baş verənlərin məsuliyyətini öz üzərinizə götürməyə çalışmayın. Bəzən əlverişsiz şəraitlə mübarizə aparmaq deyil, onlara uyğunlaşmağa çalışmaq daha faydalıdı; bu gün məhz elədir.
Qız
Tələsməsəniz çox şeyə nail olacaqsınız. Bir çox suallara cavablar ilk baxışda göründüyü kimi elə də asan deyil. Vəziyyəti anlamaq, faktları öyrənmək və müqayisə etmək üçün özünüzə vaxt verin. İşdə sizə lazım olacaq olacaq informasiya əldə edəcəyiniz istisna deyil. Tanış qadınlar həvəslə kömək edir, onların məsləhətlərinə çox düşünmədən əməl etmək olar. Əməkdaşlıq haqqında maraqlı təkliflər mümkündür.
İstənilən məişət problemlərinin (məs: təmirə hazırlıq, məişət texnikasının alınması) üçün əlverişi gündür. Axşam xoş səfərlər, son vaxtlar darıxdığınız insanlarla görüşlər mümkündür.
Tərəzi
Siz öz imkanlarınızı həddindən artıq qiymətləndirməyə meyllisiniz və bu xoşagəlməz hallara gətirib çıxara bilər. Özünü öhdəliklərə bağlamaq, müəyyən vacib vədlər vermək məsləhət deyil. Siz hörmətini saxlamaq istədiyiniz insanları məyus etməyə risk edirsiniz. Maliyyə işlərində qanunlara əməl etmək və əsassız xərclərdən yayınmaq vacibdir. Əgər bu gün siz qənaətcil olmasanız tezliklə çətin vəziyyətə düşə bilərsiniz.
Səfərlər (o cümlədən planlaşdırılmamış) mümkündür. Onlar yaxşı olacaq, amma gözlədiyinizdən daha çox vaxt ala bilər. Öz sağlamlığınızın qayğısına qalın; istənilən sui-istifadə bu gün xüsusilə təhlükəlidir.
Əqrəb
Çox məhsuldar gündür. Xeyli faydalı iş görmək, işdə uğur qazanmaq olar. Siz öz qarşınızda böyük məqsədlər qoymaqdan qorxmursunuz və yolunuzda yaranmış maneələri dəf edirsiniz. Nüfuzlu insanların dəstəyini əldə etmək şansı olacaq; onlar çox faydalı olacaq. Bu gün hüquqi məsələlərin həlli, həmçinin uzun müddətli əməkdaşlıq barədə razılaşmaq üçün uyğundur.
Nəzərə alın ki, öz gücünüzə arxalanmaq daha yaxşı olar. Həm həmkarlar, həm biznes üzrə partnyorlar, hətta dostlar belə bu gün çox məşğul olacaq və sizə köməyə gələ bilməyəcəklər. Bəzi Əqrəblər üçün tamamilə gözlənilməz olacaq xərclər ola bilər.
Oxatan
İşlərinizdə ehtiyatlılıq və xırdalıqlara diqqət bu gün lap yerinə düşəcək. İstənilən qarışıqlıqdan qaçmağa çalışın, təlaş içərisində vacib qərarlar qəbul etməyin. Müəyyən köhnə problemlər yada düşə bilər. Onları dərhal həll etmək mümkün olmayacaq, amma siz əzmkarlıq göstərəcəksiniz və mütləq öhdəsindən gələcəksiniz. Qənaətcil olmaq, planlaşdırılmamış xərclər və kortəbii alış-verişdən qaçmaq lazımdır. Tezliklə pul vacib bir şey üçün tələb oluna bilər.
Qadınlarla ümumi dil tapmaq asan olmayacaq. Bu gün onlarla sirlərinizi paylaşmasanız və həyəcanlarınız barədə danışmasanız yaxşıdır: çətin ki, anlayışla qarşılayacaqlar.
Oğlaq
Vaxtınızı boş yerə sərf etməyin, sizi böyük işlər gözləyir. Səhər prioritetləri müəyyən etsəniz və ilk növbədə nə ilə məşğul olacağınıza qərar versəniz gözləyirdinizdən daha çoxuna vaxtınız çatacaq. Sizin həyatsevərliyiniz və ruh yüksəkliyiniz ətrafdakıların ürəyincədir, çoxları fikirləşdiyinizin həyata keçirilməsində kömək etməyə şad olacaq. Tanışlıqlar mümkündür. Onlar təkcə işgüzar münasibətlərin deyil, həm də romantik hekayənin əsasını qoya bilər.
Gün xüsusilə kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün əlverişli olacaq. Belə Oğlaqlar sərfəli sazişlər bağlamaq imkanını buraxmayacaq. Hədiyyələr və digər xoş sürprizlər istisna deyil.
Dolça
Günün birinci yarısında işdə gözə çarpan uğurlar qazanmaq olar. İlk növbədə bu sərbəst çalışanlara aiddir. Digər Dolçalar həmkarlarla və partnyorlarla müştərək fəaliyyət barədə razılığa gəlməyə müəyyən vaxt sərf etməli olacaqlar. Axşam yaxınlaşdıqca ətrafdakılarla yola getmək daha da çətin olur. Görünür onlar sizi qiymətləndirmir və səylərinə fikir vermirlər.
Planlaşdırılmamış alış-verişdən qaçın: onlar uğurlu olmayacaq. Bu gün xüsusilə pulla ehtiyatla davranmaq lazımdır, onları boş şeylərə sərf etmək olmaz. Şübhəli sazişlər bağlamayın, onlar itkilərə səbəb olacaq.
Balıqlar
Sizi əlverişi gün gözləyir. Ətrafdakıları ideyalarınızla maraqlandırmaq, dəstəyi tezliklə lazım olacaq müttəfiqlər tapmaq imkanı olacaq. Siz yaradıcı yanaşma tələb edən hər şeyin öhdəsindən yaxşı gəlirsiniz. Çox vaxt uğurlarınız gözlədiyinizdən daha əhəmiyyətli olur. Uğurlu sazişlər və sərfəli alış-veriş mümkündür, gözlənilməz mənbədən pul daxilolmaları istisna deyil.
Bu gün əhvalınızı korlayacaq olan ancaq başqa vaxt diqqət yetirmədiyiniz xırda hadisələr olacaq. Buna baxmayaraq yaxınlarınız tezliklə sizə həyatsevərliyi və optimizmi qaytarmağa kömək edəcəklər.