Axşam saatlarında xoş xəbər alacaqsınız
Qoç - yaşamınızda ciddi dəyişikliklərə başlamaq fikriniz varsa, ehtiyatlı və sərvaxt davranmağı unutmayın. Məqsədlər pis deyil. Amma onlara çatmağa çalışanda sağlam məntiqi, təmkini unutmayın. Dəyər və önəm verdiyiniz məqamları alt-üst etməyin.
Günün ikinci yarısında peşəkar fəaliyyətlə bağlı tələsik qərar verməyin. İşdə rəhbərlik və həmkarlarla münasibətləri korlamayın.
Yüksək emosional gərginlik ailə üzvləri ilə münasibətlərə qətiyyən təsir etməməlidir. Münaqişə riski, onsuz da, az deyil. Öz hisslərinizdən savayı, başqaların emosiyaları və gözləntilərini dəyərləndirməyi bacarın. Yaxınlarınızın xətrinə dəyəcək, əhvalını poza biləcək sözlər deməyin.
Buğa - sizə paxıllıq edən və əllərinə imkan düşən kimi problemlər yaratmağa çalışan insanlarla ünsiyyətdə olmaq məcburiyyətindəsiniz. Belələrindən uzaq durmaq istəsəniz də, bu gün alınmayacaq. Aldığınız işgüzar təkliflər ilk baxışdan cazibədar təsir bağışlayır. Amma unutmayın ki, həmin təkliflərdən birini qəbul etsəniz, çox işləməli olacaqsınız.
Günün ikinci yarısında bel bağladığınız uğur olmayacaq. Daha doğrusu, uğur gecikir.
Yaxınlarınız sizə real yardım edə bilməsələr də, xoş söz və yaxşı məsləhətə simiclik etməyəcəklər. Uşaqlarla ünsiyyət sizi sevindirəcək. Ailədəki durum yaxşıdır. Nikbinlik üçün səbəblər az deyil.
Əkizlər - bir işə başlayıb onu yarımçıq qoymaq və sonra da yeni işə başlamaq yaxşı məziyyət deyil. Uğursuzluqlarınızda ətrafınızdakı insanları suçlamayın.
İşdə qəflətən işinizi yoxlamaq fikrinə düşmüş rəhbərdən tutmuş, dükanda sizin dediyinizə yetərincə reaksiya verməyən satıcıya qədər hamını və hər kəsi düşmən saymayın. İmiclə eksperimentlər aparmayın. Nəticənin sizi narazı salması ehtimalı çoxdur.
Günün ikinci yarısında nikbinlik və sevinc üçün səbəb var. Görüşlərin sonucları yaxşıdır, səfərlər pis bitməyəcək.
Qıcıqlı və aqressiv olmayın. Duruma süni müdaxilə arzuolunmazdır.
Xərçəng - bu gün ən kiçik səhv, xırda yanlışlıq nəzərdən qaçmayacaq. Bu səhvi görəcək, müzakirə edəcək, yadda saxlayacaqlar. Mövqeyinə, fikrinə, sözlərinə önəm verdiyiniz insana da o səhv barədə xəbər veriləcək. Tam etibar etmədiyiniz insanlarla fikirlərinizi, ideyalarınızı, niyyətlərinizi bölüşməyin.
Nə qədər az danışsanız, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında yaradıcı yanaşma tələb edən işlərdə uğurlar olacaq. Olaylara qeyri-standart yanaşmada irəliləyiş ola bilər. Sevdiyiniz insan orijinal ideyalarınızı bəyənəcək.
Yeni tanışlıqlar və romantik münasibətlər üçün əlverişli zamandır.
Şir - yeni işləri sürətlə başa vurmaq mümkün deyil. Sınanmış müttəfiqlər və köhnə dostların yardımlarına, habelə dəstəyinə arxalanaraq problemləri həll edə bilərsiniz. Bir zamanlar əməkdaşlıq etdiyiniz insan indi sizə maraqlı işgüzar təklif yollayıb. Əməkdaşlıq, birgə iş məhsuldar olacaq. Amma işlərin əksəriyyətini siz görməli olacaqsınız: buna hazır olun.
Günün ikinci yarısı yaxınlarla ünsiyyət üçün münasibdir. Yanlış anlaşılmaqdan çəkinməyərək ən ciddi məsələləri müzakirə etmək olar.
Sevdiyiniz, dəyər verdiyiniz insanı sevindirin.
Qız - hadisələr gözlədiyinizdən, təxminlədiyinizdən də sürətlə inkişaf edir. Situasiyanı ayrıd etməyə, müsbət və mənfi yönləri dəyərləndirməyə vaxt yoxdur. Etibar etdiyiniz insanla məsləhətləşmək də çətindir.
Peşəkar fəaliyyət və maliyyə məsələlərində intuisiyanıza güvənə bilərsiniz. Şəxsi münasibətlərə gəldikdə isə daxilinizdəki səs susacaq.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Valideynlər uşaqları anlamağa çətinlik çəkəcəklər. Bu səbəbdən ailədə münasibətlər gərginləşə bilər.
Tərəzi - səhər saatlarından etibarən fəallıqla, şövqlə çalışın. Ciddi uğurlara nail olmaq, uzun zamandan bəri həllini gözləyən problemi çözmək imkanları var. Qəfil ideyalar və standart olmayan qərarlar maneələri dəf edərək irəliləyişinizə imkan verəcək. Yaxşı gəlir əldə edə bilərsiniz.
Günün ikinci yarısında enerji potensialının səviyyəsi aşağı düşəcək, yorulmağa başlayacaqsınız.
Sevdiyiniz insanla ünsiyyət, gəzinti axşam saatlarında sizə pozitiv emosiyalar bəxş edəcək.
Əqrəb - adi günlərlə müqayisədə daha çox işləsəniz də, uğurlarınız çox deyil. Halbuki daha az çalışanların əldə etdikləri gəlir daha çoxdur. Mühüm danışıqlar aparmağa dəyməz. Yaxşı tanımadığınız insanlara etibar etməyin.
Günün ikinci yarısında alış-veriş etmək olar. Sonrakı nəticələri düşünmədən qərar qəbul etməyin. Yeni münasibətlər ciddi təmaslara çevrilə bilər.
Axşam saatları qarderobu yeniləmək üçün münasib zamandır.
Oxatan - hər şey istədiyiniz kimi olmasa da, ruhdan düşməyin. Məqsədə doğru yolda yaranan çətinlikləri dəf edin və maneələrin bədbinlik yaratmasına imkan verməyin. Maraqlı tanışlıqlar ola bilər. Onların bəziləri az sonra işgüzar baxımdan sərfəli olacaq.
Günün ikinci yarısı anlaşma, sövdələşmə, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma üçün əlverişlidir. Yeni işə başlamaq olar.
İnsanların gur olduğu yerlərə qatılmayın. Asudə zamanınızı yaxınlarınızla ünsiyyətə həsr edin.
Axşam saatları detallara diqqət, xırdalıqların təhlili üçün münasibdir.
Maliyyə məsələlərini həll edin. Səhvə yol verməyin, pulları dəqiq hesablayın.
Oğlaq - sərt və aqressiv olmayın. Yaxın ətrafınızdakı insanlarla mükalimələrdə sərvaxt, həssas olun. Səbrli və təmkinli davranın. İşdə sizdən daha az təcrübə və biliyə malik həmkarların lovğa, təşəxxüslü davranışlarına dözmək asan deyil.
Amma dözün, çünki bu adamlardan bəziləri sizi təbdən çıxararaq yanlış addımlar atmağa vadar etmək istəyirlər.
Günün ikinci yarısı çətin dönəmdir. Ünsiyyətdə diqqətli olun. Danışıq və müzakirələrdə mövqelərinizdən geri çəkilməyin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça - səhhətinizdə problemlər yarana bilər. Adi günlərlə müqayisədə daha tez yorulur, usanırsınız. Bu səbəbdən ağır fiziki və ya intellektual işi təxirə salın.
Gün pis deyil. İşdə həmkarlarla asanlıqla dil tapacaq, hətta uzun müddətdən bəri ixtilafda olduğunuz insanla ortaq məxrəcə gələcəksiniz. Yeni və məhsuldar əməkdaşlıq başlana bilər.
Günün ikinci yarısında intuisiyanız kəskindir. Düşünüb-daşınmaq üçün vaxt çox olmasa da, mühüm qərarları asanlıqla qəbul etmək mümkündür. Alış-verişdə simic davranmayın.
Axşam saatlarında gəlirlər istisna deyil.
Balıqlar - istənilən formada mühüm söhbətləri ənənəvi, adət etdiyiniz şəraitdə aparın. Belədə diqqətinizi daha asan və rahatlıqla cəmləyəcək, dürüst qərar qəbul edəcəksiniz. Səfərə yollanmazdan əvvəl etibar etdiyiniz insanla danışın. Yeni tanışlıqlar, əlaqələr və təmaslar istisna deyil.
Günün ikinci yarısında aktiv və enerjili olun. İndiyədək həlli mümkünsüz saydığınız problemi çözə bilərsiniz. Yarımçıq işləri tamamlayın.
Axşam saatlarında xoş xəbər alacaqsınız.