AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günün qoroskopu: çətinliklər müvəqqətidir

  • + A
  • - A
  • 22-05-2018, 09:16

    Günün qoroskopu: çətinliklər müvəqqətidir















    Qoç - çətin, amma labüd qərar qəbul etməyin vaxtı çatıb. Problemin həllini təxirə salmaq, üstün və zəif cəhətləri təhlil etmək üçün zamana ehtiyacınız var. Vaxt isə yoxdur, aktiv hərəkət etmək gərəkdir. Təbii, kiminsə məsləhətindən yararlana bilərsiniz. Amma sonradan bu qərarınıza peşman olacaqsınız.

    Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Böyük məbləğdə pul itkisinə məruz qala bilərsiniz.

    Səhhətiniz normal deyil. Özünüzü yorğun hiss edəcəksiniz. Üstəlik, xroniki bihallıq da durumu yaxşılaşdırmayacaq. Yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqları yaranacaq. Münasibətləri korlamamaq üçün güzəştə getməyi bacarın. Ehtiyatlı olun.

    Yeni işlərə başlayanda sərvaxt olun. Qüvvənizi olduğundan artıq qiymətləndirməyin. Yerinə yetirilməsi çətin vədlər verməyin.

    Buğa - sakit, soyuqqanlı qalmaq asan deyil. Situasiya birmənalı deyil. Hadisələrin hansı məcrada inkişaf edəcəyini düşünüb ehtimalları çeşidlədikcə daha çox narahat olur, nigaran qalırsınız. Yaxınlarınız və xüsusilə də yaşlı qohumlarınız sizi dəstəkləyəcəklər. Sizi narahat edən məsələləri onlara danışsanız, çıxış yolu tapa bilərsiniz.

    Günün ikinci yarısında xəfif ağrılar istisna deyil. Səhhətiniz üçün heç bir problem yoxdur. Fiziki işdə xeyir var. Əhvalınız yaxşılaşacaq.

    Axşam saatları sağlamlıq və kosmetik prosedurlar, imiclə eksperimentlər üçün əlverişlidir.

    Əkizlər - fəal, qətiyyətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün rasional davranın. Pullarınızın qədrini bilin, amma simiclik də etməyin. İşgüzar danışıqlar yaxşı alınacaq. Sərfəli sövdələşməyə nail ola bilərsiniz. Fikrinə və ya mövqeyinə dəyər verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.

    Günün ikinci yarısı romantik yox, dost münasibətlərə başlamaq üçün əlverişlidir. Amma yaşananları ciddiyə almayın. Çünki taleyüklü, yaşamınıza təsir edə biləcək görüş irəlidədir.

    Xərçəng - planlar quranda bilin ki, mümkün qədər ehtiyatlı və sərvaxt davranmaq gərəkdir. Bir tələsik qərar, səthi açıqlama hər şeyi korlaya bilər. Pullarınızla risk etməyin, şübhəli anlaşmalar və ya razılaşmalardan boyun qaçırın. Maliyyə itkiləri riski çox böyükdür.

    Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Uğurlu təsadüflər sizə çoxdan bəri hazırladığınız planı reallaşdırmağa imkan verəcək. Romantik görüş, sevdiyiniz insanla birlikdə yollandığınız səfər pis keçməyəcək. Xoş emosiyalar təbinizi yaxşılaşdıracaq.

    Şir - gərgin, çətin, amma maraqlı gündür. Yeni işlərə cəsarətlə başlayın. Onlar ilk baxışdan göründüyü qədər çətin deyillər. Problemlərin öhdəsindən sürətlə gələ bilərsiniz. İndiyədək dil tapa bilmədiyiniz insanlarla əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı razılaşma əldə etməyə can atın. Birgə fəaliyyətin təkan verdiyi irəliləyiş sizi təəccübləndirəcək.

    Günün ikinci yarısında hisslərə qapılmayın, emosiyaların köləsinə çevrilməyin. Tələsik addımlar atmayın, düşünülməmiş qərarlar qəbul etməyin. Axşam saatlarında başlayacaq yeni münasibətlər sürətlə inkişaf edəcək.

    Qız - bu gün başladığınız işlərin əksəriyyətində uğura nail ola bilərsiniz. Yeni bilik, təcrübə əldə etməyə imkan verən işlərə xüsusi fikir verin. Dünyagörüşünüzü artırmağa, karınıza gələ biləcək məlumatları əldə etməyə çalışın.

    Maraqlı və ağıllı insanlarla ünsiyyət istisna deyil. Belə təmaslar çox faydalıdır.

    Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Aldığınız bəzi əşyalar ailə üzvlərinə faydasız, ekstravaqant təsir bağışlasa da, təəssüflənməyin. Qərarınıza görə peşman olmayacaqsınız. Yaşam potensialı səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

    Tərəzi - səhər saatlarından etibarən aktiv, enerjili olun. Yaşananları xatırlayın, yol verdiyiniz səhvləri və yanlışlıqları təhlil edin. Özünüzə qarşı həddən ziyadə sərt tənqidi mövqe tutmayın. Ən azı ona görə ki, yaxınlarınızın, yanınızdakı insanların nöqsaqlarını da qulaqardına vurmaq gərək deyil.

    Qarşınıza qoyduğunuz məqsədə doğru hərəkətdə intensiv irəliləyiş əldə olunmasa, ruhdan düşərək bədbinliyə qapılmayın. Tələbləriniz reallığa uyğun olmalıdır.

    Günün ikinci yarısında səmimi, qayğıkeş, nikbin insanlarla ünsiyyətdə olmağa çalışın. Onlar təriflərə xəsislik etməyəcək, sizə rəğbətlərini bildirəcəklər.

    Axşam saatları romantik görüşlər və ya sevdiyiniz insanla istirahət üçün əlverişlidir.

    Əqrəb - səhər saatlarından etibarən kiçik anlaşılmazlıqlar olacaq. Ciddi problemlərin yaranacağını düşünərək narahat olmayın. Yaşamın bir çox sahələrində təşəbbüslə çıxış etməyin zamanıdır. İdeyalarınız nə qədər cəsarətli və orijinal təsir bağışlasa da, sizi dəstəkləyən insanlar tapılacaq.

    Günün ikinci yarısı imiclə eksperimentlər, qeyri-adi geyim və aksessuarlar almaq olar. Yaxın ətrafınızdakı insanların indiyədək sizdə sezə bilmədikləri bacarıq, təcrübə və məcazları nümayiş etdirin.

    Yeni müttəfiqlər, tərəfdaşlar qazana bilərsiniz.

    Oxatan - maliyyə problemləri yaranacaq. Əvvəlcədən nəzərdə tutduğunuz alış-verişə pul çatacaq. Amma spontan alış-verişdən imtina edin. Bu durum sizi pərişan edə bilər.

    Çətinliklər müvəqqətidir.

    Günün ikinci yarısında situasiya düzəlir, müsbət təmayüllərin təsiri artır. Yeni tanışlıqlar perspektivli ola bilər. Axşam saatlarına yaxın başlayacaq münasibətlər dinamik inkişaf edəcək və sizi sevindirəcək.

    Dəyər verdiyiniz insanla təmaslarda həssas olun.

    Oğlaq - günün ilk yarısında səhhətinizdə problemlər yarana bilər. Orqanizminizi sınağa çəkməyin. Təcili saydığınız bəzi işləri təxirə salın və ya başqasına həvalə edin. Əsəbləşməyin, aqressiv olmayın. Yorucu və ağır işlə məşğul olmayın. Hətta ən yaxın saydığınız insanlar belə sizi dərhal anlamayacaqlar. Uzun-uzadı izahatların qaçılmazlığına hazır olun.

    Günün ikinci yarısında maliyyə fonu uğurludur. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Mebel və interyer predmetləri ala bilərsiniz.

    Axşam saatlarında idmanla məşğul olmaq pis deyil.

    Dolça - qəliz dövrdür. Çətin işlərin sayı artır. Bu problemlərin öhdəsindən müstəqil şəkildə gəlməlisiniz. Yaxın ətrafınızdakı insanlardan yardım və ya dəstək gözləməyin. Onlar indiyədək sizə dəfələrələ vəd verərək çətin anda sizə yardım edəcəklərini desələr də, belə olmayacaq.

    Günün ikinci yarısı maraqlı keçəcək. Xoş sürprizlər və qeyri-adi diqqət izharları istisna deyil.

    Axşam saatlarında yaxın perspektivlə bağlı planlar qurmaq olar. Mövcud şəraiti və imkanlarınızı dəqiq qiymətləndirsəniz, bir çox səhvlərdən qurtula bilərsiniz.

    Gəzintiyə çıxmaqda xeyir var.

    Balıqlar - yaxınlarınızla münaqişə, ailədə mübahisə ola bilər. Buna yol verməmək üçün təmkinli olun, aqressiv davranmayın. Yanlış hesab etdiyiniz əməllərə görə yanınızdakı insanları sərt tənqid etməyin. Münasibətlərinə dəyər verdiyiniz insana qarşı ədalətsizlik etməyin.

    Günün ikinci yarısı evdəki problemlərin həlli, yaşam arealının yenilənməsi, mebel və interyer predmetlərinin alınması üçün əlverişlidir.

    Səfərə yollanmaq, səyahətə çıxmaq, uzaq məkanlarda dolaşmaq məsləhət deyil. Yeni tanışlarla ehtiyatlı olun.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR