Bürclər – 6 iyul
Qoç – İntuisiyanızın səsinə qulaq asın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun. Əvvəllər əldə etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq üçün əlverişli zamandır.
Günün ikinci yarısında ən ağır problemi, müşkül məsələni üzbəüz söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir, yaşam arealının rekonstruksiyası üçün münasib zamandır.
Axşam saatlarında evdən çox uzağa getməyin.
Buğa – Günün ilk yarısında yaranan kiçik çətinliklər və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin. Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya məclisə dəvət ala bilərsiniz.
Əkizlər – Dəyişən şərtlərə və fərqli nüanslar kəsb edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var. Amma saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.
Xərçəng – Adi günlərdən fərqli olaraq bu gün yaxşı tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara qapılmayın, namərdin şirin dilinə iannmayın. Bütün qüvvə və potensialınızı irreal məsələləri həll etmək cəhdlərinə tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan yararlanaraq optimal variantı seçin. Belədə inkişafın yeni səviyyəsinə nail olacaqsınız. Mühüm işlərin görülməsini təxirə salmayın. Yaxınlarınızdan birinin köməyinizə, yardımlarınıza ehtiyacı var. Ona arxa olun, dəstək verin.
Şir – Risk etmək olar. Avantüralara qapılmadan bütün variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk baxışdan primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən çəkinməyin. Emosional olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi üçün əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız insanlara inanmayın.
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə bilər.
Şayiələri həqiqət saymayın.
Qız – Gün narahatlıq, əndişə və həyəcan vəd edir. Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!
Tərəzi – İdeya və təkliflərin heç də hamısını geniş müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki ab-hava xüsusi önəm kəsb edir. Həmkarlarınızla münasibətləri normallaşdırın. Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Təcrübəli insanın məsləhətlərindən yararlansanız, daha sürətli irəliləyişə nail olacaqsınız.
Axşam saatlarında əylənin.
Əqrəb – Günün ilk yarısı ən mürəkkəb problemlərin həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək üçün yaşam təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında başlayın. Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.
Oxatan – Ciddi münasibət və diqqət tələb edən işlərə laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın. Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.
Oğlaq – İnsan psixologiyasının nüanslarını anlamağa çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin. Peşəkar fəaliyyət və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə diqqətli davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin. Onun hisslərindən xəbər tutsanız, lap yaxşı olar.
Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın.
Axşam saatlarını ailənizə həsr edin.
Dolça – Günün emosional fonu əlverişli deyil. Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir. Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin. Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar – Yeni layihələrə başlamaq üçün əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Səhhətinizə fikir verin. Qətiyyətli və iradəli davranış indiyədək uğursuzluqla qarşılaşdığınız sahələrdə irəliləyişlərə imkan verəcək.
Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin həllində təmkinqli davranın.
Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq, ekspromt, improvizələrə ehtiyac var. (Milli.Az)