AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Ailə üzvlərindən biri sizi sevindirəcək" — Günün qoroskopu

  • + A
  • - A
  • 4-08-2018, 10:42

    "Ailə üzvlərindən biri sizi sevindirəcək" — Günün qoroskopu














    Qoç - çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.
    Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.

    Buğa - yaxınlarınızla bahəm, həmkarlar və tərəfdaşlarla təmaslarda etibara, stabilliyə xüsusi fikir verin. Cari məsələlərin çözülməsində aktiv olun, süst davranmayın. Olaylar spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq.
    Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər.
    Ruhdan düşməyin. Çətinliklər sizi qorxutmasın. İstənilən situasiyada müsbət məqamları görməyə can atın.
    Peşəkar biliklərinizi və təcrübənizi artırın.

    Əkizlər - situasiyanı olduğundan artıq çətinləşdirməyin. Sayıq davranın, qəfil təkliflərə ehtiyatla yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın. Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd göstərməyin. Realist olun, prosesləri praqmatcasına dəyərləndirin.
    Günün ikinci yarısında uzunmüddətli təşəbbüslərlə çıxış etməzdən əvvəl hadisələri yaxşıca təhlil edin. Əsassız ideyalar narahatlığa, gərginliyə səbəb olacaq.
    Axşam saatlarında normal istirahət edin. Fikir ayrılıqları qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər.

    Xərçəng - hisslərin əsiri olmayın. Ünvanınıza söylənən kəlmələrə diqqətlə qulaq asın. Dəyər verdiyiniz insanların qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış münasibətlərdə ciddi anlaşılmazlıqlara, umu-küsüyə səbəb ola bilər.
    Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Təmasları inkişaf etdirmək üçün qarşı tərəfin istək və niyyətlərindən xəbərdar olun.
    Alış-veriş, eksperimentlər, imic dəyişiklikləri üçün əlverişli zaman deyil.
    Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın.

    Şir - hər şeyə rəğmən nikbin olun. Çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Situasiyanı dərindən araşdırın ki, problemlərin həll yollarını ifrat çətinlik çəkmədən tapa biləsiniz.
    Günün ikinci yarısında məqsədə aparan yolda nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar yarana bilər. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan detallara xüsusi fikir verin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq.
    Axşam saatlarında diqqətli olun.

    Qız - planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.
    Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.

    Tərəzi - şəxsi həyatınızdakı problemləri fəaliyyətinizdəki çətinliklərlə qarışdırmayın. Fəaliyyət istiqamətində sürətlə irəliləmək üçün konkret plana zərurət var. Yaxın ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Yeni müttəfiqlər əvəzinə yeni rəqiblər qazanmağa tələsməyin.
    Dəyərli saydığınız insanlarla münasibətləri günün ikinci yarısında korlamamaq üçün bir qədər mülayim, güzəştlərə meylli olun. Təmaslarda harmoniyanın yaranmasına çalışın. Kobudluq və sərtlik etməyin. Əks təqdirdə ehtiyatsız davranışınıza görə az sonra peşman olacaqsınız.

    Əqrəb - səhər saatlarından etibarən gərgin dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Axşam saatlarına yaxın məhsuldarlıq səviyyəniz xeyli aşağı düşəcəyindən vaxtınızın qədrini bilin.
    Günün ikinci yarısında dostlar və ya ünsiyyəti sizə xoş təsir bağışlayan insanla əməkdaşlığı intensivləşdirmək olar. Bəzi işlərdə çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin.
    Dövlət qurumlarına yollanmaq məsləhət deyil. Bürokratik əngəl, təxirəsalma, maneələrlə qarşılaşacaqsınız.

    Oxatan - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Fəaliyyətinizlə bağlı önəmli məsələləri vaxtında həll edin. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər.
    Günün ikinci yarısında yaxınlarınızla əzizlərinizin problemlərindən hali olun. Təmkinli, diplomatik, səbrli olun. Yaşananları müşahidə edin.
    Ailə üzvlərindən biri sizi sevindirəcək. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

    Oğlaq - günün ilk yarısında uğurlar mühüm işlərə ayıra biləcəyiniz diqqətdən asılıdır. Detallara və təfərrüatlara fikir verin. İntizam, qaydalara riayət nə qədər yüksək səviyyədə olarsa, məqsədə bir o qədər tez çatacaqsınız. Tapşırıq və öhdəlikləri vaxtında yerinə yetirin.
    Günün ikinci yarısında metodlarla vasitələri diqqətlə seçin. Saatlar keçdikcə fiziki travma və məişət zəminində münaqişə riskləri artacaq.
    Axşam saatları təmir, habelə elektrotexniki işlərin aparılması üçün münasib deyil.

    Dolça - xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.
    Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər.

    Balıqlar - təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.
    Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda, bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR