Bürclər – 26 avqust
Qoç – Hadisələrin axarını dəyişmək üçün cəhd göstərməsəniz, gününüz cansıxıcı, maraqsız və boz keçəcək. Həyatınıza müxtəliflik qatmaq şanslarınız var, bunun üçün bir qədər fantaziya və aktivlik tələb olunur.
Qohumlarınızla fikir ayrılıqları yaşaya bilərsiniz. Doğrusu, çox zaman elə mübahisə etmək naminə hamının əksinə gedirsiniz. Güzəştə gedin, beləliklə, həm öz əsəblərinizi qorumuş olarsınız, həm də ətrafınızdakıların başını ağrıtmazsınız. Axşamçağı hədiyyə ala bilərsiniz.
Buğa – Gərgin və yorucu gündür. Xeyli qayğılarınız və həyəcanlanmaq üçün səbəbləriniz peyda olacaq. Müxtəlif problemləri həll etməli, başqalarının etdikləri səhvləri düzəltməli, əslində biganə olduğunuz insanlar üçün dəridən-qabıqdan çıxmalı olacaqsınız.
Bəs yaxşı heç nə olmayacaq? Əlbəttə ki, olacaq. Məsələn, bir nəfərin sizə gizlində güclü rəğbət bəslədiyini aşkara çıxara bilərsiniz. Günün ikinci yarısı uşaqlarla ünsiyyət kefinizi açacaq.
Əkizlər – Uğurlu gündür, xeyli yaxşı imkanlarınız yaranacaq. Sizdən tələb olunan – taleyin hədiyyələrindən yararlanmaqdır. İstnilən yeni layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz. Hətta onların uğuruna inanmasanız belə, nəticə sizi kədərləndirməyəcək.
Şəxsi və işgüzar görüşlər, peşəkar və dostyana söhbətlər üçün uyğun gündür. Gələcəyə nikbinliklə baxırsınız. Bu isə qarşı cinsin nümayəndələrinin sizə olan marağını artırır. Enerjiniz gün boyunca tükənməyəcək.
Xərçəng – Lap azacıq səy göstərsəniz, möhtəşəm nailiyyətlər qazana bilərsiniz. Əlinizə düşən fürsətdən son zamanlar fikirlərinizi məşğul edən ideyanı gerçəkləşdirmək üçün istifadə edin. Enerjiniz çoxdur, yorulmaqdan qorxmayın.
Bu gün asanlıqla aşiq olmaq, lap başınızı itirmək ehtimalı var. Əgər belə bir hal olarsa, hissləriniz qarşılıqlı olacaq. Yeni bir eşq macərası başlayacaq və nikahla davam edəcək.
Şir – Gün istədiyiniz kimi yaxşı alınmır. Bəzi Şirlərin ümidləri alt-üst olacaq, bəziləri isə taleyin oyunlarına əməlli-başlı hirslənəcəklər. Hər şeyi düzəltmək şansınız var: bunun üçün şəraitə nəzarəti ələ almaq lazımdır. Özünüzə yazığınız gəlməyi bir tərəfə buraxıb, yubanmadan hərəkətə keçsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.
Yeni bir sahədə özünüzü sınaya bilərsiniz, amma ehtiyatlı olmalısınız. Pis vərdişlərə bu gün tez alışırsınız. Zəifliklərinizin üstün gəlməsinə imkan verməyin, sonra bunlardan qurtulmaq sizə qat-qat çətin olacaq.
Qız – Dünənki kimi yaxşı gün deyil, amma bir qədər ağlınızı işə salsanız, bu da pis keçməyəcək. İntuisiyanıza güvənin, eksperimentlərdən çəkinməyin. Həyatınızda çox yeni və hərtərəfli gözəl bir dəyişiklik edə bilərsiniz – buna azacıq cəhd edin.
Yaxınlarınızla əla dil tapır, əvvəllər fikir ayrılıqları yaradan məsələlərdə ortaq məxrəcə gəlirsiniz. Qohumlarınızla birlikdə çox vacib bir işə başlamağın zamanıdır.
Tərəzi – Bəxtiniz gətirmir. Gününüz uğursuz başlayır. Bəzi Tərəzilər elə fikirləşirlər ki, heç bir şey bacarmırlar və həmin dəqiqədən etibarən işləri korlanır. Amma nikbin olanlar neqativ tendensiyaların təsirindən qurtula və günün birmənalı olmayan hadisələrindən öz xeyirlərinə istifadə edə bilirlər.
Qarşı cinsin nümayəndələri ilə dil tapmaq çox çətin olur. Ümumiyyətlə, ünsiyyət baxımından bu gün çox mürəkkəbdir. Ailəlilər mübahisə edir, sevgililər münasibətləri aydınlaşdırır, valideyn Tərəzilər uşaqlarına təzyiq edirlər.
Əqrəb – Hadisələrin ləngliyi sizi əsəbləşdirir, hərəkət etmək əvəzinə, tez-tez gözləməli olursunuz. Özünüz də tələsir, başqalarını da tələsdirirsiniz, bu zaman səhvlərinizi görmürsünüz. Sonra bunların fərqinə varanda onları aradan qaldırmağa ikiqat çox vaxt sərf edirsiniz.
Maliyyə baxımından gün uğurludur. Pul, çoxdan gördüyünüz işin mükafatını ala bilərsiniz. Həmçinin borcunuzu da qaytaracaqlar. Aldığınız pulları ağılla xərcləyə biləcəksiniz.
Oxatan – Uğurlu gündür. Xeyli sevincli anlar yaşayacaqsınız. Yaxşılığa doğru dəyişiklikləri görmək çətin deyil. İstənilən yeni layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Əgər bu sahədə bilikləriniz kifayət etmirsə, narahat olmayın, intuisiyanız sizə doğru yolu göstərəcək.
Əməkdaşlıq, ünsiyyət, birgə istirahət üçün əla gündür. Flirt edə, eşq macəralarına başlaya bilərsiniz. Əgər həqiqi, ciddi münasibətlər arzusundasınızsa, fəaliyyətə keçin.
Oğlaq – İstənilən yeni layihəniz uğurlu olacaq. Bu gün çevik olmaq, tənbəllik etməmək lazımdır. Əgər ilk cəhddən heç nə alınmırsa, qarşınıza qoyduğunuz məqsəddən çəkinməyin. İnadınız və ağlınız sayəsində bu gün möhtəşəm nəticələr əldə edə bilərsiniz.
Xırda anlaşılmazlıqlar mümkündür, amma onlar sizi panikaya salmır. Siz ilk baxışdan çox mürəkkəb vəziyyətdən çıxış yolu tapırsınız. Sevgiliniz sizə xoş sürpriz edəcək.
Dolça – Birmənalı olmayan situasiyadasınız. Həyatınızda vacib rol oynayacaq bir qərar verməlisiniz. Məsuliyyəti başqasının boynuna qoymayın və vaxtı da uzatmağa çalışmayın: vacib sualları vaxtında, gecikmədən, dərhal və qəti cavablandırmaq lazımdır. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Səhhətinizlə bağlı xırda problemlər meydana çıxa bilər. Bir çox Dolçaların xroniki xəstəlikləri güclənəcək. Fiziki işi azaldın. Əgər idmanla məşğul olmaq niyyətindəsinizsə, bunu təcrübəli məşqçinin nəzarəti altında edin.
Balıqlar – Hadisələri sakit qəbul etməyə çalışın. Əgər özünüz axtarmasanız, heç bir çətinliyiniz olmayacaq. Günün ikinci yarısı mürəkkəb bir şəraitə düşə bilərsiniz, amma burada yaxın adamınız köməyinizə gələcək, rahat nəfəs ala biləcəksiniz.
Ünsiyyət üçün yaxşı gündür, ciddi fikir ayrılıqlarından çəkinmədən vacib problemləri müzakirə edə bilərsiniz. Axşama doğru enerjinriz tükənəcək, yorğunluq hiss edəcəksiniz. Gərəksiz risklərdən qaçın, ağır fiziki işdən və qaranlıq çağı səfərlərdən imtina edin. (Milli.Az)