Bürclər – 31 avqust
Qoç – Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.
Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.
Buğa – Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.
Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz.
Əkizlər – Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.
Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın.
Xərçəng – Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.
Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur.
Şir – Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.
İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun.
Qız – Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.
Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil.
Tərəzi – Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.
Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz.
Əqrəb – Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.
Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur.
Oxatan – Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.
Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz.
Oğlaq – Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.
Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir.
Dolça – Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.
Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir.
Balıqlar – Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.
Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. (Milli.Az)