AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Musiqi Teatrın solisti beynəlxalq festivalda iştirak edəcək

  • + A
  • - A
  • 13-07-2024, 18:57

    Musiqi Teatrın solisti beynəlxalq festivalda iştirak edəcək

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayev 21, 22 sentyabr tarixlərində Qazaxıstanın Karaqanda şəhərində keçiriləcək “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında iştirak edəcək.
    O, Karaqanda Akademik Musiqili Komediya Teatrının səhnəsində həm məşhur macar bəstəkarı İmrə Kalmanın "Sirk Şahzadəsi" operettasında Toni obrazını canlandıracaq, həm də beynəlxalq tədbirin qala konsertində çıxış edəcək.
    Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev də festivalın fəxri qonaqları siyahısındadır.
    Xatırladaq ki, ötən il Musiqili Teatrın solistləri Aydan Həsənova və Emin Zeynallı da ölkəmizi bu festivalda layiqincə təmsil ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR