Mərhum aktyor Ceyhun Mirzəyevin ölümündən üç gün əvvəl lentə alınan görüntüləri yayılıb.
Axşam.az xəbər verir ki, videonu aktyor Cavidan Novruz paylaşıb.
O söyləyib ki, əlində sənətçi barədə daha artıq materiallar var:
“Əlimdə olan görüntüləri heç vaxt heç kimə verməcəm. Çox telekanallar axtarır. Bu görüntülər yalnız məndədir. Son qəpiyimi xərcləyib, əldə etmişəm. Ceyhun Mirzəyevin yaradıcılıq gecəsini keçirməyi və haqqında sənədli film çəkməyi planlaşdırıram. İndiyədək bilmədiyiniz insani keyfiyyətlərini öyrənəcəksiniz. Məkanı cənnət olsun. Mənim üçün heç bir Hollivud aktyoru bu insan qədər zirvə olmadı. Daxili gözəlliyi üzündə əks olunur. Böytük qardaşım Nəriman məni “Fəryad” filminə baxmağa apardı. O gündən bu insanın vurğunu oldum, ona bənzəmək istədim”.
Qeyd edək ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. O, ilk dəfə 11 yaşında “Görüş” filminə çəkilib. Daha sonra 12 yaşında “Ögey ana” filminə dəvət alıb. Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub. Lakin özü bu filmini görə bilməyib. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılıb. Aktyor 1993-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.