AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahirin anası: Mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar

  • + A
  • - A
  • 12-09-2019, 10:13

    Mahirin anası: Mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar

    Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

    Baş vermiş oğurluq hadisəsi ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahir Emrelinin anası Elnurə Emreli ilə əlaqə yaradıb. O, evdən işlə bağlı bir neçə saatlıq çıxdığı üçün mühafizə siqnalını qoşmadığını və nəticədə oğurluq hadisəsi baş verdiyini söyləyib:

    “Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar. Bu, evimizin oğurlanması ilə bağlı verdiyim ilk və son müsahibəmdir. Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12:00 radələrində işim olduğu üçün evdən çıxmalı idim. 15:00-a qədər qayıdacağımı bilirdim deyə, mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, mühafizə polisi evdə hərəkətin olduğunu dərhal bilərdi. Mən də tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub”.

    Anar Mədətov isə bildirib ki, oğlu Mahir ona ev məsələsi ilə bağlı heç bir söz deməyib. Onların ailəsində “kupça” məsələsi ilə bağlı mübahisə olmayıb, hazırda isə başları oğurluq məsələsinə qarışıb. Bəzi saytlarda yazılan məlumatlar isə dezinformasiya xarakteri daşıyır.

    Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, 3 mobil telefon və beş min manatlıq qızıl əşyaları oğurlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR