AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ şikəstəsi"ni belə də oxumaq olar — FOTO + VİDEO

  • + A
  • - A
  • 9-12-2016, 10:38

    "Qarabağ şikəstəsi"ni belə də oxumaq olar — FOTO + VİDEO

















    Dünən Muğam Televiziya Müsabiqəsinin qalibləri Nigar Şabanova və Ramiq Bayramov Dövlət Filarmoniyasında konsert proqramıyla çıxış ediblər.

    "Gənclərə dəstək" adlı layihə çərçivəsində baş tutan konsertdə xanəndələri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edib. Konsertdə xalq mahnıları, təsniflər ifa olunub. Gecənin ən yaddaqalan anı isə R.Bayramovla N.Şabanovanın "Qarabağ şikəstəsi"ni ifa etməsi olub.

    Konsertdən sonra Ramiq Bayramov təəssüratlarını Ölkə.Az-la bölüşüb:

    "Konsert hər bir xanəndənin dinləyicisi, pərəstişkarı qarşısında hesabatıdır. Tamaşaçılara da təşəkkür edirəm ki, hesabatımıza şahidlik etdilər. Doğrusu, hava şəraitinə görə bir az narahatçılıq var idi. Amma sonda hər şey istədiyimiz kimi oldu. Bu arada ustadım Mənsum İbrahimova, respublikanın əməkdar müəllimi Qəzənfər Abbasova, xalq artisti Gülyaz Məmmədovaya, əməkdar artist Babək Niftəliyevə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə və məni dəstəkləyən digər şəxslərə minnətdarlığımı bildirirəm".

    Nigar Şabanova isə bunları deyib: "Belə konsertlərin çox olması gənc xanəndələr üçün çox vacibdir. Çünki belə olanda tamaşaçıyla daha yaxından ünsiyyət qurmaq imkanımız olur. Konsertimiz uğurla başa çatdısa, bu, həm də tamaşaçılarımızın uğurudur".

    Xatırladaq ki, konsertin bədii rəhbəri xalq artisti Ağaverdi Paşayev, konsertmeyster əməkdar artist sahib Paşazadədir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR