AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TANINMIŞ TƏNQİDÇİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

  • + A
  • - A
  • 1-01-2022, 19:33

    TANINMIŞ TƏNQİDÇİNİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

    Azadmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən görkəmli tənqidçi Əsəd Cahangirin “Dionisin şərəfinə” adlı kitabı işıq üzü görüb. “Teatr və dramaturgiya”, “Kino”, “Musiqi”, “Televiziya” və “Kulturologiya” bölümlərindən ibarət kitaba müəllfin təxminən 25 il ərzində yazdığı, müxtəlif incəsənət sahələrinə həsr olunmuş məqalə, resenziya, icmal, məruzə, esse və portretləri, eləcə də, bir sıra ünlü və gənc sənət adamarı ilə müsahibələri daxil edilib. Ə.Cahangirin müxtəlif vaxtlarda mətbuatda dərc olunan və geniş rezonans doğruan “Bir çarə var ancaq – yeniləşmək”, “Vay dədəm, vay”, “Mahnı dağlarda qalmadı”, “Bəhramnamə”, “Dionisin şərəfinə”, “İran kinosunun peyğəmbəri”, “Əsgər və Oskar”, “Açılmaz Əslidən düymə”, “Eşq imiş hər nə varsa”, “Gecədən səhərə doğru”, “Səs” kimi yazıları da kitabda yer alır. Kitaba “Teatral adam” adlı ön sözü Azərbaycan və Kalmıkiya Respubliklarının Əməkdar İncəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Bəhram Osmanov yazıb. Kitabın redaktoru tanınmış jurnalst Rizvan Əhmədlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR