Xalq artisti intihar edən musiqiçisindən DANIŞDI: "Qonşusu ilə ədavəti olub və... "
Xalq artisti Gülyanaq Məmmədova intihar edən sintizator ifaçısı Pircan Həsənov haqqında danışıb.
Publika.az xəbər verir ki, Xalq artisti musiqi qrupunun sintizator ifaçısı olan Pircan Həsənovun ölümdəndən dünən xəbər tutduğunu deyib:
“Pircan Həsənovu 1993-cü ildən tanıyıram, tələbə yoldaşı olmuşuq. Həmçinin son 15 ildə musiqiçim olub. Yaxşı insan və gözəl musiqiçi, deyib-gülən insan, çox yaxşı yoldaş idi, öz dərdini heç kimlə bölüşməzdi. İstəməzdi ki, başqalarını da problemlərlə yükləsin. Yoldaşımla da ünsiyyəti var idi. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir iş görör. Maddi problemləri olduğunu eşitsəm də, dərinliklərinə qədər bilmirdim. Deyilənə görə, qonşusu ilə ədavəti olub borca düşüb. Bizdən yardım istəsəydi, kömək edərdik, icazə verməzdim ki, özünə nə isə etsin. Bu yaxınlarda cavan qardaşı avtomobil qəzası nəticəsində vəfat edib. Buna görə təəssüflənirdi, anası da çox dərd çəkirdi. Özünün də azyaşlı uşaqları vardı”.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Həsənov Pircan Nurməmməd iki gün öncə 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə sirkə turşusu zəhərlənməsi ilə daxil olub.
Müayinələr zamanı məlum olub ki, F.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal rayon prokuroluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda 43 yaşlı musiqiçinin intihar etməsinin səbəbləri araşdırılır.