AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib

  • + A
  • - A
  • 25-05-2023, 11:14

    Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib

    Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib.
    Azadmedia.az xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.
    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

    Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.
    E.Cəlilovun həbs olunması haqda xəbəri ilk olaraq olay.az saytı yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR