AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqqasə Aytən: “Heç kəs pulu sinəmə basa bilməz” — MÜSAHİBƏ

  • + A
  • - A
  • 29-06-2018, 10:50

    Rəqqasə Aytən: “Heç kəs pulu sinəmə basa bilməz” — MÜSAHİBƏ















    Ölkə.Az" saytının növbəti qonağı rəqqasə Aytəndir.
    Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Lounge”-ə təşəkkürümüzü bildiririk.

    - Olduğunuz mövqe sizi qane edirmi?

    - Əlbəttə, edir. Çünki bu yerə öz zəhmətimlə gəlmişəm.

    - Aytən xanım, nəyə bir “quş”?

    - Bəyənmədiyim, mənim psixologiyama mənfi təsir edən insanlara bir “quş” qoyuram.

    - Psixologiyanızı çox korlayıblar, deyəsən.

    - Xeyr, mən özümü sevən insanam. Görsəm ki, kimsə mənə psixoloji baxımdan pis təsir edir, onu özümdən dərhal uzaqlaşdırıram.

    - Bəs qoyduğunuz məsafəni keçib sizə dəyənlər necə?

    - Mən çalışıram ki, hamı ilə mehriban olum. Heç kimə pisliyim dəyməyib. Amma mənə çox toxunmasınlar.

    - Rəqs edəndə bədəninizi əsdirdiyiniz kimi, cammatı da əsdirə bilirsinizmi?

    - Nə bilim, vallah (gülürük). Öz ritmləri varsa, əsəcəklər. Mənə baxmasalar da, olar.

    - Kişi baxışları sizə yapışırmı?

    - Elə şeylər qabaq var idi. İndi hər şey adiləşib. Heç kimi rəqs paltarında təəccübləndirmək olmaz.

    - İlanla rəqs edənlərə münasibətiniz necədir?

    - İlanın adı gələndə mənim tüklərim biz-biz olur. Amma ilanla oynamağın özü də bir gözəllikdir. Həm də cəsarət tələb edir. Pis baxmıram.

    - Stolun üstünə çıxıb oynamısınızmı?

    - 13-14 il bundan əvvəl bir-iki dəfə belə hal olub. Amma indi mümkün deyil. Oynamaram.

    - Nəməri gətirib sinənizin arasına qoymağa icazə verirsiniz?

    - Bu da əvvəl olub, amma indi geyindiyim paltarların yaxası tüllə bağlı olur. Bağlı olmasa da indi kiminsə pulu gətirib sinəmə qoymasına icazə vermərəm. Artıq səkkiz ildir ki, bu qadağanı qoymuşam. Bəlkə də yaşım artdıqca sənətə daha çox dəyər verdiyim üçün belədir. Hətta bu yaxınlarda biri gətirib sinəmə pul qoymaq istədi, mən etiraz etdim. Mənə görə butulkalar göydə uçurdu. Amma hər şey yaxşı qurtardı, pulumu da artıqlaması ilə aldım.

    - “Maşın kişi üçün yaranıb, qadın ev işi üçün”... Bu fikirlə razısınızmı?

    - Çox xırdalamaq istəmirəm, amma razı deyiləm. Mən illərdir ki, çalışıb pul qazanıram. Ailəmə, valideynlərimə baxıram. Çoxları elə bilir ki, bəxtəvərəm, problemim yoxdur, lakin elə deyil. Hərdən deyirəm ki, indiki ağlım 16 yaşımda olsa idi, efirə çıxmazdım. Məşhur olmazdım. Çünki ən azından bu sənətə görə həyat yoldaşımdan ayrıldım. Mən heç vaxt ailəmi sənətimə qurban verməzdim.

    - Axı verdiniz...

    - Onda 16 yaşım var idi. Təsəvvür edin, məni sevmədiyim adama məcbur vermişdilər. İki dəfə evdən qaçdım. Atam qəbul etmədi. Xala evində nə qədər qalmaq olardı? Bir sözlə, həyat məni gətirib bu sahəyə yönəltdi.

    - Neçə il ailəli oldunuz?

    - Bir il. Kaş ki, heç tanınmazdım. Özüm üçün dörd-beş yerdə oynayıb, pulumu qazanardım. Sözün düzü, mənim məşhur olmaq kimi bir iddiam da yox idi. Qonşuluqda Roza adlı bir xanım müğənni var idi. Ondan müəyyən elementləri öyrəndim. Özümün də gözəl ritmim var idi. Ağlıma gəlmirdi ki, haçansa bu peşəyə ciddi yanaşaram. 2000-ci ildə Kuveytə getdik. Orada Bəhreyn, Kuveyt, Qatar milli rəqslərini öyrəndim. Aldığım maaşdan hər ay min dollar ərəb qızına verirdim ki, mənə müxtəlif rəqs növləri öyrətsin. Nəticədə, 4-5 ölkənin milli rəqsini oynaya bildim. Rəqqasəliyə marağım daha da artdı. Amma həmin rəqsləri burada oynasam, mənə gülərlər. Bizim millətə çatmaz.

    - İndi Bakıda ərəblər çoxdur. Onlar üçün oynayarsınız...

    - Yaxşı pul versələr, oynayaram (gülür).

    Həyat yoldaşınızdan ayrıldıqdan sonra kimisə sevdinizmi?

    - Bəli, beş il bir nəfərlə sevgili oldum. Amma o, ailə qurandan sonra ayrıldıq.

    - “Qırmağ”a düşmüsünüzmü haçansa?

    - Qətiyyən. Mən “qırmağ”a düşənlərdən deyiləm. Düşənlər də çox getməz. Məni tanıyanlar necə həyat tərzi keçirtdiyimdən xəbərdardırlar. Evdə evdar xanım, işimdə işçi, çöldə də sadə bir insanam.

    - Sizə indiyə qədər böyük hədiyyələr veriblərmi?

    - Olub, amma nə olduğunu açıqlamaq isətmirəm.

    - Kişi sözünə inanırsınızmı?

    - Kişilərdən çox qadın sözünə inanıram.

    - Axı qadının qadına qarşı paxıllığı olur. Sizə çox yaxın bir rəfiqəniz varmı ki, paxıllığınızı çəkməsin?

    - İnanın mənə, mənim çox yaxın rəfiqəm yoxdur. Bir xanım var, iş adamıdı. Onunla 10 ildir ki, rəfiqəlik edirəm. Başqa rəfiqəm yoxdur.

    - Bəlkə, elə o dediyimiz paxıllığa görə rəfiqəniz yoxdur...

    - Onsuz da ətrafımda olanlar paxıllığımı çəkir. Baxışlarından, verdikləri suallardan hiss edirəm.

    - Dərd çəkirsinizmi?

    - Xeyr, çəkmirəm. Niyə dərd çəkməliyəm? Allah heç kimə dərd göstərməsin.

    - O hansı gün idi ki, o günün acısını hələ də çəkirsiniz?

    - Mən Qarabağlıyam. Uşaqlıqda Ağdamda olmuşam. İndiyə qədər nənəmin, xalamın ağlamağı gözümün qabağından getmir. Nənəmin 90 yaşı var, vətən həsrətindən ağlamaqdan gözləri tutulub. Deyir ki, Ağdamı görməsəm, bu dünyadan getməyəcəyəm.

    - Unuda bilmədiyiniz gecə hansıdır?

    - Aprelin 20-si ad günüm idi. Ayın 19-u Türkiyənin məhur rəqqasəsi Asena mənə zəg edib dedi ki, sənə sürprizim var. Sən demə, mənim ad günümə görə Bakıya gəlib. Ayın iyirmisi ad günümü birlikdə qeyd etdik. Mən uşaqlıqda onun fanatı olmuşam. Heç ağlıma da gələməzdi ki, bir gün onunla bir masa arxasında əyləşəcəyəm. Hətta mən indi də Türkiyəyə səfər edəndə onun evində qalıram.

    - Nəyi açıb-ağartmağı xoşlamırsınız?

    - Mən xəbərçi insan deyiləm. Amma kiməsə nəsə demək istəsəm, saxlamıram. Üzünə deyirəm. Sonra həmin insanı özümdən uzaqlaşdırıram. Amma bir nəfərin eybini açıb-ağartmaq ona pis təsir edəcəksə, etmək olmaz. Çünki elə bir zamandayıq ki, hər kəsin başına hər iş gələ bilər. Ona görə müəyyən məsələlər var ki, onları zamanın axarına buraxmaq lazımdır.

    - İtirdiklərinizin əvəzində qazandıqlarınız olubmu?

    - Mən çox dostumu itirdim. Onlar mənim 10 illik dostlarım idi. İndi cücərənləri onların yerinə qoya bilmərəm.

    - Bir rəqqasənin bədəninin hansı hissəsi daha cazibədar olmalıdır?

    - Məncə, hər yeri.

    - Mən ona yüz dəfə dedim ki,... Bu fikri tamamlayın, zəhmət olmasa.

    - Ona yüz dəfə dedim ki, göylə getmə!

    Söhbətləşdi: Niyam Şirinov, Cavidan Abdullayev
    Foto: Anar Qasımov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR