AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yuli Qusman “Şərəf” ordeni ilə təltif edilib

  • + A
  • - A
  • 21-12-2023, 23:44

    Yuli Qusman “Şərəf” ordeni ilə təltif edilib

    Azərbaycanın xalq artisti, Rusiyanın tanınmış teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, Bakıda anadan olmuş Yuli Qusman “Şərəf” ordeni ilə təltif edilib. Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib və mükafatlandırma mərasimi idarənin binasında baş tutub.

    Yada salaq ki, Yuliy Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə bu yüksək ordenlə təltif edilib.

    Mədəniyyət naziri Adil Kərimli Yuli Qusmanı 80 illik yubileyi və Azərbaycanın yüksək mükafatına layiq görülməsi münasibətilə təbrik edib.

    Qeyd olunub ki, ömrünün böyük hissəsini sənətə həsr edən rejissor zəngin irs yaradıb. Quzman hər zaman Bakıda doğulmasından qürur duyduğunu, Azərbaycan həqiqətlərinin səsinin beynəlxalq aləmə çatdırılmasında da mühüm töhfələr verdiyini bildirib.

    Sonra Yuli Qusman çıxış edərək onun sənətinə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

    Sonda xatirə şəkli çəkdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR