AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar artist Prezidentə müraciət etdi

  • + A
  • - A
  • 14-02-2024, 12:37

    Əməkdar artist Prezidentə müraciət etdi

    Azadmedia.az əməkdar artist Elmira Həşimovanın saytımız vasitəsilə Prezidentə ünvanladığı məktubu təqdim edir. İnanırıq ki, illərdi kirayədə yaşayan Elmira xanıma müsbət cavab veriləcək



    Azərbaycan Respublikasının Prezidenti
    Möhtərəm İlham Əliyev Cənablarına

    Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli
    Mehriban Xanım Əliyevaya

    Surəti: Heydər Əliyev Fondu-nun Vitse-Prezidenti
    Hörmətli Leyla Xanım Əliyevaya

    Surəti: Azərbaycan Respublikasının Mədəniyyət
    Naziri cənab Adil Kərimova

    Öncə, Azərbaycan Respublikasında keçirilən Növbədənkənar Prezident seçkilərində yüksək faizlə səs toplamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə, mədəniyyət xadimlərinə göstərilən sonsuz qayğı və dəstəyinizə görə Sizə dərindən minnətdarlıq edirəm.
    Mən Həşimova (Əhmədova) Elmira İbrahim
    qızı əmək fəaliyyətinə 1969-cu ildən Sumqayıt Dram Teatrında başlamışam. 1982-ci ildən isə Azdramada işləmişəm.
    1982-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbayn SSRİ-nin əməkdar aktrisası adına layiq görülmüşəm.
    Azdramada Nəriman Nərimanov haqqında çıxış etdiyim “bütün şərq bilsin” adlı tamaşanı Heydər Əliyev Özü şəxsən izləmişdi. Tamaşanın sonunda şəkil də çəkdirdik (məktuba əlavə edilmiş fotoşəkildə soldan 2-ci)
    Mən 1982-ci ildən mənzil növbəsinə dayanmağıma baxmayaraq bu günə kimi mənizil ala bilməmişəm. Məndən sonra mənzil növbəsinə dayananların hamısı mənzillə təmin olunsalar da mən bu günə kimi Sumqayıt şəhər, 14-cü məh., ev-19a, mənzil-27 ünvanında kirayədə tək yaşayıram. Həyat yoldaşım vəfat edib.
    Sizdən artıq dərəcədə xahiş edirəm Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan SSRİ-nin əməkdar artisti adına layiq görülməyimi, 1982-ci ildən mənzil nöbəsində dayanmağımı, lakin ala bilmədiyim üçün hazırda kirayədə yaşadığımı nəzərə alaraq 1 otaqlı mənzillə təmin olunmağım üçün məndən də Öz köməyinizi əsirgəməyəsiniz.
    Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.


    Hörmətlə, Həşimova (Əhmədova) Emira İbrahim qızı


    13 fevral 2024-cü il



    Ünvan : Sumqayıt ş., 14-cü məh., ev-19a, mənzil-27
    Telefon : 055 208-99-96


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR