AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Tacikistan Mədəniyyət Günləri açılıb (foto)

  • + A
  • - A
  • 21-05-2024, 09:53

    Bakıda Tacikistan Mədəniyyət Günləri açılıb (foto)

    Bazar ertəsi Bakıda, Heydər Əliyev Mərkəzində Tacikistanın Mədəniyyət Günlərinin təntənəli açılışı olub.

    Mərasimdə hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Heydər Əliyev Mərkəzinin foyesində “Tacikistan rəssamlarının rəsmləri, xalq sənətkarlığı nümunələri və milli geyimlər” sərgisi açılıb.

    Açılışda Azərbaycan və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli və Matlubahon Sattorien çıxış ediblər. Nazirlər Azərbaycan-Tacikistan əlaqələrinin qədim tarixə malik olduğunu, mədəniyyət sahəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərdə mühüm rol oynadığını qeyd ediblər.

    "Müxtəlif illərdə birgə tədbirlərin keçirilməsi mədəni əməkdaşlığın göstəricisidir. Əminik ki, Tacikistanın Mədəniyyət Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına növbəti töhfə olacaq", - Tacikistanın mədəniyyət naziri qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR