AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Milli İncəsənət Muzeyində məktəblilər üçün 28 may - Respublika Gününə həsr olunmuş proqram təşkil edilib

  • + A
  • - A
  • 28-05-2024, 23:18

    Azərbaycan Milli İncəsənət Muzeyində məktəblilər üçün 28 may - Respublika Gününə həsr olunmuş proqram təşkil edilib

    Azərbaycan Milli İncəsənət Muzeyində məktəblilər üçün 28 may - Respublika Gününə həsr olunmuş "Müstəqil Azərbaycan" adlı maarifləndirici proqram təşkil edilib. Proqramın növbəti qonaqları Bakı Avropa Liseyinin şagirdləri olublar. Tədbirdə əvvəlcə şagirdlər Dövlət himnini oxudular, daha sonra Şərqin ilk demokratik, hüquqi və dünyəvi dövləti olan Azərbaycan Demokratik Respublikasının qurucuları və bu dövrün təsviri sənətdə əksi haqqında təqdimatı izlədilər. İştirakçıların səsləndirdikləri şeirlər və ifa etdikləri «Nəlbəki» rəqsindən sonra, şagirdlər muzey tərəfindən təşkil olunmuş ustad dərsində kağız üzərində çəkilmiş Azərbaycan xəritəsini öz yaradıcı təxəyyüllərinə uyğun boyadılar.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR