AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub

  • + A
  • - A
  • 10-06-2024, 14:05

    “Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub

    Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli balet ustaları, Azərbaycan Respublikasının Xalq artistləri, sevimli ömür-gün yoldaşları Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş “Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub. Film nümayişi çərçivəsində, həmçinin ekran əsərinin yaradıcı heyəti və balet ustalarının yaxınları ilə görüş keçirilib. Görüşdə görkəmli baletmeyster Maqsud Məmmədovun 95 illik yubileyi münasibətilə təbriklər səsləndirilib, eyni zamanda mərhum baletmeyster, milli balet səhnəsinin əfsanəsi adlandırıan Rəfiqə Axundovanın xatirəsi, ehtiramla yad olunub, hörmətli sənətkarların tamaşaçılarda dərin rəğbət hissi yaratmış yaradıcılıqlarından bəhs edilib. Yaradıcı heyət tərəfindən filmin çəkilişi zamanı yaşanan maraqlı anlardan söhbət açılıb, görüş iştirakçıları filmlə bağlı öz təəssüratlarını bölüşüblər.
    Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunub. Filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR