AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları

  • + A
  • - A
  • 14-11-2018, 10:14

    Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları














    Sabiq nazirlərin biznesmen övladları ilə bağlı araşdırma aparılıb.

    Azxeber.com araşdırma nəticəsində məlum olub ki:

    Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov “Caspian Crystal” şirkətlər qrupunun sahibidir. Atasının işdən çıxarılması və əsas kadrlarının həbsindən sonra şirkətin aqibəti ilə bağlı hər hansı məlumat olmasa da, zamanında bu şirkət ölkənin ən böyük biznes müəssisələri sırasında yer alıb. Şirkətlər qrupunun törrəmə müəssisəsi – “Crystal Motors” “Range Rover”, “Jaquar”, “Maserati” kimi dünya avtomobil markalarının Azərbaycanda rəsmi distribütoru olub.

    Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları










    Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Garant Holdinq”ə rəhbərlik edir. Bakı şəhəri, Sarabski küçəsi, məhəllə 657-də yerləşən şirkətlər qrupunun tərkibinə “Qarant Sığorta”, “Azbentonit”, “Ucar Aqro”, “M.Trans”, “Quba Resort” və digər şirkətlər daxildir.

    Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları










    Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun oğlu Eldar Abbasovun Londonda şirkət yaratması ilə bağlı son günlər mətbuatda çeşidli informasiyalar yayılıb. İddialara görə, həmin şirkət Birləşmiş Krallıq, London, City Road 160, Kemp House ünvanında yerləşir. Mətbuata açıqlamasında Eldar Abbasovun oğlu isə bu informasiyaları təkzib edib.

    Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları










    Sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədova sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Paytaxtda məşhur moda evlərindən birini işlədən Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır.

    Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları












    Sabiq Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun oğlu Turqay Müslümlünün “Orion Group Azerbaijan” şirkətinə rəhbərlik etdiyi deyilir. “Edinburq” Universitetinin Maliyyə fakültəsini bitirən keçmiş nazir oğlu əsas diqqətini öz peşəsinə yönəldib və rəhbəri olduğu şirkət də bu istiqamətdə fəaliyyət göstərir.
    Atalarını “yola salıb”, özləri “parlayan” keçmiş nazirlərin biznesmen övladları











    Sonda bildirək ki, yazıda qeyd olunan məqamlar indiyə qədər mətbuatda dərc olunan və təkzib olunmayan informasiyalar əsasında hazırlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR