AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlqar Mustafayevin həbs müddəti uzadıldı

  • + A
  • - A
  • Dünən, 15:03

    İlqar Mustafayevin həbs müddəti uzadıldı

    Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.

    Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.

    Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

    Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR