AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan elektron sənədləri tanımağa başlayacaq

  • + A
  • - A
  • Dünən, 23:13

    Özbəkistan elektron sənədləri tanımağa başlayacaq

    Bu il iyulun 1-dən Özbəkistanda vətəndaşların şəxsi sənədləri üçün vahid rəqəmsal xidmətlər tətbiq ediləcək.
    Özbəkistan Nazirlər Kabinetinin qərarına əsasən, sənədlər Vahid İnteraktiv Dövlət Xidmətləri Portalının mobil əlavələri və ya “Sosial Kart” vasitəsilə təqdim oluna bilər.

    Rəqəmsal versiyalar təqdim edilərkən banklarda, notariat kontorlarında, hava limanlarında daxili reyslərdə və Özbəkistan ərazisi daxilində marşrutlarda qatarlarda qeydiyyat üçün sənədlərin kağız variantı tələb olunmayacaq.

    Bundan başqa, dövlət orqanlarında və digər təşkilatlarda dövlət, korporativ və digər xidmətlər, o cümlədən elektron xidmətlər göstərilərkən, habelə vətəndaşların qəbulu zamanı kağız sənədlər tələb olunmayacaq.

    Qeyd edək ki, Qazaxıstanda elektron sənədlər rəsmi olaraq 2022-ci ildə kağız sənədlərə bərabərləşdirilib.

    Xatırladaq ki, Özbəkistanda rəqəmsal materiallar məhkəmədə rəsmi sübuta çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR