Prezident İlham Əliyevdən mühüm sərəncam – Yeni TƏYİNATLAR
Azərbaycanın bir sıra birinci instansiya məhkəmələrinə sədr təyinatları olub.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri, Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilib.
Sərəncamla aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:
Əliyev Zamiq Xudaverdi oğlu – Babək Rayon Məhkəməsinin sədri
Məmmədov Mehrab Fərmayıl oğlu – Culfa Rayon Məhkəməsinin sədri
Əhmədov Zülfüqar Əziz oğlu – Kəngərli Rayon Məhkəməsinin sədri
Haqverdiyev Tural Ziyat oğlu – Ordubad Rayon Məhkəməsinin sədri
Zülfüqarov Hüseyn Nadir oğlu – Sədərək Rayon Məhkəməsinin sədri
Əliyev Mehdi Ədalət oğlu – Şərur Rayon Məhkəməsinin sədri
Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin ediliblər:
Tağıyev Nazim Hüsü oğlu – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri
Əliyev Kəramət Fətəli oğlu – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri
Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin ediliblər:
Əliyev Rəfayil Əfraddin oğlu – Biləsuvar Rayon Məhkəməsinin sədri
Kazımov Marif Sabir oğlu – Gədəbəy Rayon Məhkəməsinin sədri
Əliyev Abbas Baba oğlu – Qəbələ Rayon Məhkəməsinin sədri
Süleymanov Kamran Şakir oğlu – Oğuz Rayon Məhkəməsinin sədri
Məmmədov Elbrus Hacıbala oğlu – Zaqatala Rayon Məhkəməsinin sədri
İmanova Gülsarə Kərimovna – Zəngilan Rayon Məhkəməsinin sədri
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.