AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rüfət Aslanlının adı qərardan çıxarıldı

  • + A
  • - A
  • 28-12-2018, 09:52

    Rüfət Aslanlının adı qərardan çıxarıldı















    Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara dəyişiklik edib.
    Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
    Qərara əsasən, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində (iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiyanın üzvləri - red.) “Rüfət Aslanlı” sözləri “İbrahim Alışov” sözləri ilə və “Direktorlar Şurasının sədri” (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri -red.) sözləri “İdarə Heyətinin sədri vəzifəsini icra edən” sözləri ilə əvəzlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR