“Avropa Məhkəməsi bu yaxınlarda “Çıraqov işi” ilə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, Ermənistan Dağlıq Qarabağ üzərində nəzarətə malikdir”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirlən “Azərbaycan Avropa məkanında” adlı konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
S.Seyidov deyib ki, BMT və digər beynəlxalq təşkilatların qərarlarında Azərbaycan torpaqlarının işğalı faktı əksini tapır: “Bu gün dünyada real və beynəlxalq KİV-lərin təqdim etdiyi Azərbaycan var. Real Azərbaycan sabit, inkişaf edən, beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycandır. Həmin KİV-lərin təqdim etdiyi Azərbaycanda isə guya bunların əksi var, insanların hüquqları pozulur. Strasburqun mərkəzində sinaqoq var, ancaq o sinaqoq təhlükə səbəbindən açılmır. Bu gün Azərbaycanda, Bakıda sinaqoq açıqdır, Avropadan fərqli olaraq, heç kim düşünmür ki, oturub orada bir yerdə çay içmək təhlükəlidir. Bakının mərkəzində erməni kilsəsi də var. Lakin Azərbaycanın işğal olunmuş ərazilərində bir məscid də qalmayıb”.
S.Seyidov Azərbaycan parlamentində rus və yəhudi azlıqların nümayəndələrinin təmsil olunduğunu da xatırladıb: “Azərbaycan islam və demokratiyanın bir arada olması barədə Avropanın tapmadığı sualların cavabını tapıb. Azərbaycanda başı örtülü qadınların sayı Rusiyada başı örtülü qadınların sayından azdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.