"Yaradıcı təşkilatlar, şairlər, müğənnilər də icazəsiz aksiyaya münasibət bildirməlidir" — Siyavuş Novruzov
Milli Məclisin növbəti payız sessiyası öz işinə başlayıb.
Plenar iclasın gündəliyinə 23 məsələ daxil edilib.
Deputatlar cari məsələləri müzakirə edir.
Siyavuş Novruzov çıxış edərək bildirib ki, Milli Məclis oktyabrın 19-da keçirilən icazəsiz aksiyaya öz münasibətini bildirməlidir. Onun sözlərinə görə, bu məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırma aparmalı, Milli Məclis də mövqeyini açıqlamalıdır.
“Bu gün erməni lobbisi ilə əlbir olub qanunun tələblərini kobud surətdə pozaraq icazəsiz aksiya keçiriblər. Bütün bunlar sübut ediblər. Qibləsini tanımayan insanlar təqvalı dindar insanlardan öz məqsədləri üşçn istifadə edirlər. Bunu açıqca da etiraf edirlər.
Odur ki, mən dindarlara müraciət edirəm. Ölkə başçısı məscidlər tikdirib, təmir etdirib. Bəs bu qibləsiz insanlar nə edib?!.
Yaradıcı təşkilatlar mövqe bildirməlidir. Tanınmış insanlar ortaya çıxıb mövqeyini bildirməlidir. Şair şair səviyyəsində, yazıçı yazıçı səviyyəsində, müğənni müğənni səviyyəsində reaksiyasını bildirməlidir. Bu Azərbaycan xalqının dövlətidir. Burada təkcə deputatlar yox, hamı münasibətini bildirməlidir. Onlar üçün ölkə başçısı tərəfindən hər cür şərait yaradılıb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.