AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı…

  • + A
  • - A
  • 21-01-2020, 10:53

    İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı…


    Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik ötən gün Astarada iranlı həmkarı Qasım Rzayi ilə görüşüb.

    Xeyli mehriban şəraitdə keçən görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivindən danışan generallar əsasən dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələlərini müzakirə ediblər.

    Bunu jurnalistlərlə söhbətində Elçin Quliyev bildirib. Onun sözlərinə görə, İranla Azərbaycam arasında xoş münasibətlər var və bu, dünənki görüşlərdə də bir daha özünü büruzə verib.

    “Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, – deyə E.Quliyev vurğulayıb.

    Görüşə İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin DSX-nin rəisi Elçin Qurbanovun barmağına üzük taxması öz möhürünü vurub. Qonağın sözlərinə görə, həmkarına verdiyi bu hədiyə Həzrət Əlidən “təbərrük” edib, yadigar qalıb.



    Bəs, niyə məhz üzük?

    Məsələ burasındadır ki, üzük qədim dövrlərdən indiyədək müəyyən hərbi-siyasi anlam daşıyan simvollardan sayılıb və güc nümayişi kimi qəbul edilib. Xüsusilə islam mədəniyyətində üzüyə böyük əhəmiyyət verilib və bunun bir səbəbi də ərəbcə üzüyə “möhür” deyilməsi ilə bağlıdır. Yəni qədim ərəb mentalitetində bir adama üzük verilməsi həm də ona möhür vurulması ilə eyni anlama gəlir. İslam mədəniyyətinə üzük ərəb adət və ənənələrindən keçdiyindən daşıdığı anlamı da qoruyur. Bu gün Azərbaycan xalqı arasında yalnız toy-düyünlərdə izləri qalan həmin ənənənin məqsədi də elə möhür vurulmasını bəyan etməkdir. Başqa sözlə desək, bəy gəlinin barmağına üzük taxmaqla ona möhür vurur, mənsubiyyətini elan edir.

    İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı…


    Qədim ərəb və İslam mədəniyyətində üzük yalnız evlilik mərasimlərinə vurulan möhür anlamı daşımırdı. O, həm də hərbi və siyasi gücün bəyanı idi. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər də nüvubətini elan etdiyi və regional kralları biətə səslədiyi zaman məktub yazıb üzüyə keçirərək onlara göndərirdi. Peyğəmbərin dəvətini qəbul edənlər üzüyü barmaqlarına taxırdılar. Qəbul etməyənlər isə Sasani hökmdarı kimi məktubu cırıb üzüyü geri qaytarırdılar. İranlı general “bu üzük Həzrət Əlidən təbərrük edib” deyərkən də bunu nəzərdə tutur. Görünür, Həzrət Əli də Məhəmməd peyğəmbər kimi biətə səslədiyi əşirət və tayfa rəhbərlərinə həlqəsinə məktub taxılan üzük göndərirmiş. İndi o üzüklər Həzrət Əlinin yadigarları sayılır və onlardan biri də İranlı generala nəsib olubmuş.

    Üzük təkcə müsəlman dünyasında deyil, digər səmavi dinlərdə də güc, əzəmət, hegemoniya simvolu kimi tanınıb. 10 min il bundan əvvəl qurulmuş və yəhudilərin tarixi imperiyası sayılan Süleyman səltənətinin hegemoniyası da üzüklə simvollaşmışdı. İslam ədəbiyyatında bu üzük “Möhri-Süleyman” adlanıb və dünya gücünün simvolu kimi alqılanırdı.

    İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı…


    Görünən budur ki, eyni ənənə bu gün İranda da davam edir. İranın dini lideri Xamaneinin ən sadiq generallarına üzük hədiyyə etməsi barədə tez-tez məlumatlar yayılır. Bildirildiyinə görə, bir müddət əvvəl ABŞ tərəfindən qətlə yetirilən general Qasim Süleymaniyə məşhur üzüyünü Xamanei hədiyə etmişdi və bu, generala verilmiş ən yüksək təltif hesab olunurdu. Qasim Süleymaninin öldürülərkən qopmuş barmağındakı həmin üzüyün Qərb mediası tərəfindən xüsusi işıqlandırılması da bu mənada təsadüfi görünmür.

    Bununla belə, ümidvarıq ki, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi azərbaycanlı həmkarına üzük hədiyə edərkən hər hansı siyasi və hərbi mesaj vermək istəməyib. Əks halda DSX sədrinin bu üzüyü qəbul etməsi Tehranda Azərbaycanın sərhədlərin mühafizəsində İranın hegemonluğu dairəsinə girməsi kimi başa düşülə bilər. Halbuki, bizdə üzük hər hansı hərbi-siyasi simvolik anlam daşımır və sözsüz ki, Elçin Qurbanov o üzüyü sadəcə dost yadigarı kimi qəbul edib. /ovqat.com/


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR