AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ yalnız müharibə yolu ilə qaytarıla bilər” — Deputat

  • + A
  • - A
  • 24-04-2020, 13:36

    "Qarabağ yalnız müharibə yolu ilə qaytarıla bilər” — Deputat


    “Bakıda 30 mindən çox erməni yaşayır və niyə o ermənilərin birinin səsi çıxmır? Niyə səslərini qaldırmırlar ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub? Nə qədər humanistlik etmək olar? Sülh danışıqlarının davam etdirilməsinə heç kəs etiraz etmir. Ancaq sülh yolu ilə dünyada heç kim torpaq qaytarmayıb. Qarabağ da yalnız müharibə yolu ilə qaytarıla bilər”.
    Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi ilə bağlı mövqeyini açıqlayarkən deyib.

    “Yadımdadır, biz 1994-cü ildə bu parlamentdə atəşkəs haqqında sazişi təsdiqləyəndə bir məsələni əsas götürmüşdük ki, bu müddətdə Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, ordusunu gücləndirsin. Artıq 26 ildir Azərbaycan atəşkəs rejimində yaşayır. Bu müddətdə Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf edib, ordusu da güclənib, dünyanın ən güclü orduları sırasındadır”- deputat V. Əhmədov bildirib.

    Deputat qeyd edib ki, ancaq yenə də biz ATƏT-in Minsk Qrupundan yapışırıq, Lavrovun çıxışına diqqət kəsilirik, Ermənistanın nə deyəcəyini gözləyirik: “Birdəfəlik bilmək lazımdır, Azərbaycanın yeganə dostu Türkiyədir! Ona görə də Azərbaycan təcili şəkildə Türkiyə ilə hərbi ittifaqa girib torpaqlarının işğaldan azad edilməsi barədə qərar verməlidir”.
    V.Əhmədov sözlərinə görə, Lavrov bir dəfə çıxıb deyir 5 rayon, sonra deyir 5+2 rayon qaytarılacaq: “Azərbaycanın yeganə yolu müharibə yoludur, buna hazır olmalıyıq! Başqa kim nə deyirsə, bunlar hamısı utopioyadır. Azərbaycanın dövlət başçısının arxasında dayanaraq torpaqlarımızı azad etməliyik!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR