AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət başçısının ADAU-ya diqqəti danılmazdır

  • + A
  • - A
  • 6-05-2021, 19:38


    Təbriz Abdullazadə,
    ADAU-nun "Baytarlıq təbabəti" fakültəsinin TGT sədr müavini, AMAL-ın Lerik üzrə səfiri

    Bu gün Cənab Prezidentin diqqəti sayəsində Azərbaycan Dövlət Aqrar Universiteti çiçəklənmə dövrünü yaşayır. 2013-cu ildə ADAU-ya yeni rektor Ibrahim Cəfərov təyin olunandan sonra universitetdə xüsusi canlanma müşahidə edildi. Son 5 ildə Prezident Ilham Əliyevin ADAU-ya 3 dəfə rəsmi səfəri, 2 səfərində 2 otel tipli müasir yataqxanalarının açılışında, 3-cu səfəri isə, ötən il iyun ayının sonunda yeni tədris korpusunun açılışında iştirak edib. Yeni tədris korpusuna tikintisinə 5 milyon manat, növbəti dəfə isə 14 milyon manatdan çox vəsait ayrılıb. Ümumilikdə son 3 ildə universitetin maddi texniki bazasının güclənməsi üçün 50 milyon manatdan çox dövlət vəsaiti ayrılıb. Bu müddət ərzində universitetin 2 yataqxanası tikilib ki, onların hər birinin inşasına təxminən 15 milyon manat vəsait yatırılıb. Həmçinin ADAU-nun tabeliyində təsərrüfat sahəsi yaradılıb. ADAU-nun Tədris-təcrübə təsərrüfatı 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub. Ərazisi 73,3 ha, o cümlədən əkin yeri 42,51 ha, meyvə bağı 1,2 ha, örüşlər 15,83 ha, üzümlük 1,52 ha, meşə və meşə zolağı 4,86 ha, ictimai tikililər 3,62, küçə və meydançalar 3,76 ha-dır. Tədris–təcrübə təsərrüfatının həyətinə 3500 kv.m asfalt örtüyü salınmış, 200–dən çox ağac,150–dək gül kölları əkilmiş, inzibati bina təmir edilmişdir. Təsərrüfatda üzüm və meyvə bağı salınmış, açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar, kəsim sexi tikilmiş və bütün inventarlarla tam təmin edilmişdir. Eyni zamanda, qoyunçuluq ferması, müasir heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı professor-müəllim heyəti və tələbələrin tam ixtiyarındadır. Təsərrüfatın su təminatına xüsusi diqqət yetirilərək 4 subartezian quyusu əsaslı şəkildə təmir edilmiş və istifadəyə yararlı hala gətirilmiş, əlavə olaraq 110 tonluq ehtiyat su hovuzu tikilmişdir. Təsərrüfatda yeni yaradılmış heyvan kəsim məntəqəsi auditoriya, kəsim və laboratoriya bölmələrindən ibarət olmaqla, baytarlıq və zootexniklik istiqaməti üzrə mütəxəssis hazırlığında mühüm rol oynamaqdadır. Həmçinin ADAU keçən il onlayn təhsilə başlayan Azərbaycan Universitetləri sırasında ilk sıralarda gedir. ADAU TV vasitəsilə müxtəlif ixtisaslar üzrə tələbələrı 900 mühazirə təqdim edilib və 2020/21-ci tədris ilinin ilk semestrindən Microcoft Temas vasitəsilə onlayn dərslərə start verildi. Bir daha bildirmək istərdim ki, ADAU keçmiş ASXI deyil, müasir dünya universitetləri ilə ayaqlaşa biləcək gücdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR