AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kazanlı rektor ADAU tələbələrinə mühazirə oxudu

  • + A
  • - A
  • 28-04-2021, 18:30


    Azərbaycan Dövlət Aqrar Universitetində online tədris şəraitində prosesə dünya səviyyəli ustad müəllimlərin cəlb edilməsi prosesi davam edir. ADAU-dan Azadmedia.az-a verilən məlumata görə bu gün N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru, Prof.Dr. Rüstəm Xamitoviç Ravilov “Heyvanlarda xlamidioz” mövzusunda mühazirə söyləmişdir. Universitetin baytarlıq təbabəti fakültəsinin tələbələri, magistrantları, doktorantları və gənc müəllimləri çox maraqlı və innovasiyalarla zəngin bir mühazirəyə qulaq asmışlar. ADAU-nun rektoru, professor İbrahim Cəfərov kollektiv və tələbələr adından cənab rektora təşəkkürlər etmiş, əlaqələrin inkişafında bir daha maraqlı olduqlarını bəyan etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR