Azərbaycan Dövlət Aqrar Universiteti yaxşı günlərdə olmaqla yanaşı, Vətənin çətin günlərində də həmişə dövlətinin yanında olmuş, imkanı daxilində maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Cari ildə həm COVİD-19 virusu ilə bağlı yaradılan Fonda, həm də Vətən Müharibəsi dövründə maddi dəstəyini əsirgəməyən
Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti bu gün
YAŞAT Fonduna 30 min manat vəsait köçürdü. Universitetin əməkdaşları gələcəkdə də şəhid ailələri və yaralılarımıza dəstək olmaq üçün müvafiq addımlar atacaqlar.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan və Azərbaycan Ordusu!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.