Dostlar, bir vaxtlar ölkə universitetləri arasında özünə layiqli yer tapa bilməyən aqrar universiteti bu gün dünya tanıyır. Hesab edirəm ki, universitetimizin həyatında ələmətdar günlərdən biridir. Azadmedia.az xəbər verir ki, bu sözləri ADAU-nun rektoru professor İbrahim Cəfərov şəxsi facebook səhifəsində qeyd edib. Rektor qeyd edib ki, bu gün Ukraynanın infrastruktur naziri Vladislav Krikliya Gəncə şəhərinə səfəri çərçivəsində böyük nümayəndə heyəti ilə Azərbaycan Dövlət Aqrar Universitetində olmuşlar. Ukraynalı nazırın və nümayəndə heyətinin iştirakı ilə əvvəlcədən razılaşmaya görə Odessa Dövlət Aqrar Universiteti arasında online əməkdaşlıq memorandumu imzalanmışdır. Ukraynalı nazirə ADAU haqqında, universitetə göstərilən dövlət dəstəyi, möhtərəm cənab Prezidentin son 5 ildə 3 dəfə universitetdə olması, yeni tələbə yataqxanalarının, Şərqi Avropada belə analoqu llmayan yeni tədris korpusunun açılışında iştirakı barədə məlumat verilmişdir.
İ. Cəfərovun verdiyi məlumata görə sonra Odessa universitetinin rektoru baytarlıq elmləri doktoru, prof.Mixail Broşkov əməkdaşlıq və imkanlar barəsində məlumat vermiş, ADAU ilə yaxın əlaqələr qurmaqda maraqlı olduqlarını bildirmişdir. Nəticədə əməkdaşlıq memorandumu imzalanmışdır. Müəllim, tələbə mübadilələri, qarşılıqlı dərsliklərin yazılması, ixtisaslaşmış Şuraların yaradılması və s barədə razılıq əldə olunmuşdur. Xeyirli olsun dostlar!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.