Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası ölkədə keçirilən parlament seçkilərində 59,49 faiz səslə liderlik edir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının təxminən 21,7 faiz məntəqənin səslərinin hesablamasından sonra bildirilib.
Məlumata əsasən, ikinci yerdə 18,14 faiz səslə Robert Köçəryanın bloku qərarlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.