Prezident İlham Əliyev Lapşini əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əiyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.
Sərəncam imzalandığı gündən qüvvəyə minir".