27 oktyabr 2021-ci il tarixdə Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Qərargahında Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Anti-Korrupsiya Akademiyası beynəlxalq təşkilatının Üzv Dövlətlərinin Onuncu Sessiyasının növbəti iclası keçirilmişdir.
Onuncu sessiyada həmin beynəlxalq təşkilatın idarə edilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmiş, o cümlədən Akademiyanın rəhbər qurumu olan İdarə Heyətinə seçkilər keçirilmişdir. Avropa Regionundan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Musayev Elnur Novruz oğlunun namizədliyi irəli sürülmüşdür.
Namizədlər Beynəlxalq Anti-Korrupsiya Akademiyasının növbəti illərdə inkişafı və nüfuzunun artırılması ilə bağlı platforma xarakterli təqdimatlarla çıxış etmişlər.
Gərgin rəqabət şəraitində keçən seçkidə E.Musayev səs çoxluğu ilə Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilmişdir.
Məlumat üçün bildiririk ki, Elnur Musayevə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.