Fəzail Ağamalının oğlundan qəza xəbərinə sərt — REAKSİYA
“Qardaşımın yolu keçən piyadanı vurması barədə yayılan xəbərlər kökündən yanlışdır. Qardaşım 15 gündən çoxdur ki, ölkədə yoxdur. Ölkədə olmayan biri necə adam vura bilər ki?!”
AZTB.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev qardaşı Yalçın Ağamalıyevin piyadanı vurması xəbərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yalan xəbər yayanlar barədə ölçü götürüləcək.
“Bu cür informasiyanı yayanların kimliyini araşdıracağıq. Nəsimi Rayon Polis bölməsi ilə də əlaqə saxlayacağıq. Yuxarı dairələrdən də yalan xəbər yayılması barədə açıqlama istəyəcəyik”.
Qeyd edək ki, Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi xəbər yayılıb. Xəbərə görə, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Bildirilib ki, nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.