AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azər Rəcəbovun müavini yenidən həbs edildi

  • + A
  • - A
  • Bu gün, 10:21

    Azər Rəcəbovun müavini yenidən həbs edildi



    Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.

    Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

    S.Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.

    Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. A.Rəcəbova yekun olkaraq 10 il, Ə.Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Xatırladaq ki, onlara daha əvvəl 10 il 6 ay və 3 il 6 ay həbs cəzası kəsilmişdi. S.Səfərov isə şərti cəzaya məhkum edilərək məhkəmə salonundan azadlığa buraxılmışdı.(Qafqazinfo)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR