AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ermənistan Milli Şuraya pul ötürüb” — YAP-çı deputatdan ŞOK AÇIQLAMALAR

  • + A
  • - A
  • 7-10-2017, 12:44

    “Ermənistan Milli Şuraya pul ötürüb” — YAP-çı deputatdan ŞOK AÇIQLAMALAR














    Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov Milli Şuranın oktyabrın 7-də saat 15:00-17:00-dək keçmiş “Məhsul” stadionunda keçirəcəyi mitinqlə bağlı açıqlama verib.

    A.Hüseynov “Ölkə.Az”-a açıqlamasında Milli Şuranın sözügedən mitinqi ilə bağlı sensasiyalı iddia səsləndirib:

    “Azərbaycanda sabitliyi pozmaq və daxildə gərginlik yaratmaq məqsədilə Ermənistan hökuməti Milli Şuraya pul vəsaiti ötürüb. Təbii ki, Ermənistan tərəfi həmin vəsaiti Milli Şuraya birbaşa Azərbaycana deyil, ayrı-ayrı ölkələr vasitəsilə göndərib. İndi Milli Şura da işğalçı Ermənistanın tapşırıqlarını yerinə yetirmək və “göndərilən pulların müqabilində nə isə etdim” görüntüsü yaratmaq üçün mitinq təyin edib. Mən bu mitinqin də əvvəlki kimi fiaskoya uğrayacağına əminəm. Baxın, Milli Şuranın sonuncu mitinqinə 150-200 nəfər adam gəlmişdi ki, onlar da Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin qohum-tanışlarıdır. Tam əminəm ki, Milli Şuranın bu günki mitinqi də əvvəlkilərdən fərqlənməyəcək”.
    A.Hüseynov Milli Şura funksionerlərini “satqın” adlandırıb:

    “Bu gün Azərbaycan sürətlə inkişaf edir, dünyaya tanınır. Təbii ki, bu inkişafı işğalçı Ermənistan hakimiyyətinin gözü götürmür. Ermənistan hakimiyyəti hər vəchlə Azərbaycanda gərginlik, qeyri-sabitlik yaratmaq, inkişafımıza mane olmaq istəyir. Ancaq qüdrətli Azərbaycan dövləti ermənilərin bütün arzularını puça çıxarır. Ona görə də ermənilər Azərbaycanın daxilində olan bəzi satıqnlardan istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti və xaricdəki erməni diasporu Milli Şuraya vəsait ayırmaq və ələ almaqla Azərbaycanda daxili gərginlik yaratmaq istəyir. Ancaq Azərbaycan hakimiyyəti bütün bunlar heç zaman imkan verməyəcək. Çünki Azərbaycan xalqı bu hakimiyyəti, cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir və Milli Şuraya heç bir dəstək vermir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR